22 Sentyabr 2026 13:15
167
DÜNYA
A- A+
Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verən silahlı insident nəticəsində 14-17 yaşlarında təxminən 10 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, əldə edilən məlumata görə, hadisə xəbərinin yayılmasından sonra çox sayda valideyn məktəbə gələrək binaya daxil olmağa çalışıb. Bu səbəbdən ərazidə təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə əməkdaşları ilə valideynlər arasında qarşıdurma yaşanıb. Məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, hadisə ilə bağlı açıqlama verən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin milli təhsil və daxili işlər nazirlərinin hadisə yerinə yola düşdüklərini, faktla bağlı hüquqi və inzibati araşdırmanın başladıldığını bildirib.


11:08


Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında silahlı insident törədən şəxs saxlanılıb.

Onun müşahidə kameraları vasitəsilə müəyyən edildiyi bildirilir.

Xatırladaq ki, hadisə bu gün yerli vaxtla saat 08 radələrində baş verib. Aralarında şagirdlər də olmaqla 5 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


11:04


Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında silahlı insident baş verib.

Ilkin məlumata əsasən, yerli vaxtla saat 08:00 radələrində naməlum şəxs məktəbin qarşısında ətrafa atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Polis və təcili tibbi yardım qrupları əraziyə cəlb olunub.

Hadisə zamanı aralarında şagirdlər də olmaqla 5 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Manisa Valiliyi hadisə ilə bağlı araşdırmanın başlandığını, şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirlərinin həyata keçirildiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

11:58
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!