17 May 2026 13:41
344
CƏMİYYƏT
A- A+
Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  


Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü Sessiyası təkcə urbanizasiya proseslərinin deyil, həm də bəşəriyyətin gələcəyinin və onun təbiətlə harmoniyasının müzakirəsi üçün vacib beynəlxalq platformadır.

BU fikri Türkiyənin Eskişehir Texniki Universitetinin (ESTÜ) Mühəndislik fakültəsinin professoru Rəfail Qasımbəyli AZƏRTAC-a müsahibəsində ifadə edib.

ESTÜ professoru diqqəti Azərbaycanın təcrübəsinə yönəldərək qeyd edib ki, ölkəmizdə həyata keçirilən şəhər və kəndlərin inkişafı layihələri urbanizasiyaya müasir yanaşmaların iqtisadi artım konsepsiyasını xeyli üstələdiyini göstərir. “Əsl irəliləyiş yalnız insanların, ətraf mühitin, mədəniyyətin və mənəvi dəyərlərin qorunmasına yönəlmiş vahid yanaşmanın inkişafı ilə mümkündür”, - deyə türkiyəli universitet professoru bildirib.

Onun sözlərinə görə, son illərdə Bakıda və regionlarda həyata keçirilən şəhərsalma layihələri Azərbaycanın nailiyyətlərini dünyaya nümayiş etdirən parlaq nümunəyə çevrilib. “Müasir binalar, mədəniyyət mərkəzləri, geniş bulvarlar və Azərbaycan paytaxtının müxtəlif yerlərində tikilmiş yeni yaşayış kompleksləri şəhərin estetik görünüşünü tamamilə dəyişdirib. Paytaxtın inkişafında tarixi görünüşün qorunmasına xüsusi diqqət yetirilməsi onu haqlı olaraq dünyanın aparıcı şəhərləri sırasına daxil edib, keçmişi və gələcəyi birləşdirir”, - deyə R. Qasımbəyli bildirib. O qeyd edib ki, Xəzər sahili boyunca uzanan parklar, yaşıllıqlar və istirahət mərkəzləri insanların təbiətlə harmoniyada yaşamasına imkan verir.

ESTU professoru qeyd edib ki, Azərbaycan digər ölkələr arasında təkcə müasir şəhərləri ilə deyil, həm də ətraf mühitin qorunmasına, o cümlədən flora və vəhşi təbiətə qayğı ilə yanaşmasına görə seçilir. “Mən Azərbaycanın biomüxtəlifliyinin artmasını, xüsusən də nəsli kəsilməkdə olan ceyranların təbii yaşayış yerlərinə qayıtmasını, dağ keçilərinin qorunmasını vacib göstərici hesab edirəm. Zəngin flora, həmçinin arıçılıq üçün də əla imkanlar yaradır. Bütün bunlar insan və təbiət arasındakı tarazlığın nümayişidir”, - deyə ekspert əlavə edib.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa işlərini müasir şəhərsalma konsepsiyasının ən vacib nümunələrindən biri kimi qeyd edib: “Füzuli, Şuşa, Xankəndi, Zəngilan, Laçın, Ağdam və digər rayonlarda həyata keçirilən hərtərəfli inkişaf layihələri təkcə şəhər və kəndlərin yenilənməsinin deyil, həm də milli yaddaşın və mədəni irsin dirçəlişinin nümunəsidir”.

Ekspert vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə müasir perspektiv gətirir: “Müasir infrastruktur sistemləri, təmiz enerji həlləri, rəqəmsal texnologiyalar və dayanıqlı yaşayış məkanları gələcək urbanizasiya üçün modellər formalaşdırır, bərpaolunan enerji mənbələrindən istifadə isə nəqliyyat sistemləri və ekoloji cəhətdən təmiz memarlıq yanaşması ilə birlikdə Qarabağı nümunəvi bölgəyə çevirir”.

Professor diqqətə çatdırıb ki, Qarabağın bərpası modeli davamlı inkişafın və müasir şəhərsalmanın mühüm nümunəsi hesab edilə bilər. O, WUF13-ün Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcəyinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!