13 Avqust 2026 16:55
7841
SİYASƏT
A- A+
TRIPP layihəsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək

TRIPP layihəsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək


Prezident İlham Əliyevin Naxçıvana səfəri təkcə ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə regionda formalaşan yeni geosiyasi və nəqliyyat reallıqları fonunda da mühüm əhəmiyyət daşıyır.  Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılmasını nəzərdə tutur. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalarla bu istiqamətdə siyasi əsas formalaşdırılıb. Azərbaycan tərəfinin təqdim etdiyi konsepsiyada TRIPP yalnız bir nəqliyyat xətti deyil, daha geniş regional bağlantı platforması kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələnin öz həllini tapdığını qeyd edib. Deputat qeyd edib ki, bu layihənin ən böyük strateji nəticələrindən biri Naxçıvanın coğrafi baxımdan təcrid olunmuş mövqeyinin əhəmiyyətli dərəcədə dəyişməsidir. Naxçıvan bundan sonra Azərbaycanın əsas hissəsi ilə daha intensiv iqtisadi, logistika və nəqliyyat əlaqələrinə malik olacaq. Bu isə muxtar respublikanın daxili inkişaf dinamikasına, investisiya imkanlarına və biznes mühitinə birbaşa təsir göstərəcək. “Əslində, Naxçıvanın əhəmiyyəti yalnız Azərbaycan daxilindəki bağlantı ilə məhdudlaşmır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanı Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş Avrasiya nəqliyyat sistemləri arasında mühüm keçid məntəqələrindən birinə çevirəcək. Bu baxımdan layihənin Orta Dəhlizlə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. TRIPP Orta Dəhlizin növbəti mühüm seqmentinə çevrilməklə yanaşı, Asiya ilə Avropa arasında yükdaşımaları və beynəlxalq ticarət imkanlarını daha da genişləndirəcək. Gələcəkdə enerji, elektrik enerjisi, xüsusilə bərpaolunan enerji və fiber-optik kommunikasiya xətlərinin də bu bağlantı imkanlarından faydalanması nəzərdə tutulur. Avropa İttifaqı səviyyəsində də bu layihə xüsusi maraq doğurur. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır: “Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər. Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər”, – deyə deputat əlavə edib.

V.Rəhimzadə deyib ki, bütün bunlar Zəngəzur dəhlizinin artıq yalnız regional məsələ olmadığını göstərir. Həyata keçirilən layihələr Naxçıvanı Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirə biləcək strateji platformaya çevirir. Prezident İlham Əliyevin Naxçıvana səfəri də bu baxımdan xüsusi önəm kəsb edir. “Dövlət başçısının digər regionlarımız kimi Naxçıvana da diqqəti bu bölgəmizin Azərbaycanın ümumi iqtisadi və geostrateji inkişaf strategiyasındakı rolunun artdığını nümayiş etdirir. Son dövrdə Naxçıvanda sənaye, sahibkarlıq və investisiya istiqamətində həyata keçirilən layihələr də bu prosesin yalnız nəqliyyatla məhdudlaşmadığını göstərir”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, 2026-2027-ci illərdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam böyük əhəmiyyət kəsb edir: “Qəbul edilmiş qərarların ardıcıl və sistemli icrası  inkişaf siyasətinin mühüm tərkib hissəsidir. TRIPP-ın reallaşması Naxçıvan üçün yeni imkanlar yaradacaq: nəqliyyat və logistika fəaliyyətini genişləndirəcək, investisiya və istehsal potensialını artıracaq. Ən mühüm məqam isə ondan ibarətdir ki, Zəngəzur dəhlizinin mahiyyəti təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsindən ibarət deyil. Bu layihə Cənubi Qafqazda uzun illər mövcud olmuş nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın artırılması və yeni ticarət marşrutlarının formalaşması baxımından daha geniş əhəmiyyət daşıyır. Bu mənada Naxçıvan gələcəkdə Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni, Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm strateji həlqə kimi çıxış edəcək. Naxçıvanın strateji əhəmiyyəti daha da artacaq və TRIPP bu prosesin ən mühüm dayaqlarından birinə çevriləcək. Layihənin uğurlu icrası Naxçıvanın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, Azərbaycanın qlobal nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!