04 Sentyabr 2026 11:20
574
DÜNYA
A- A+
Tramp 100 il ərzində sikkə üzərində təsvir edilən ilk sağ ABŞ Prezidenti oldu

Tramp 100 il ərzində sikkə üzərində təsvir edilən ilk sağ ABŞ Prezidenti oldu


Donald Tramp 100 il ərzində ABŞ valyutasında təsvir edilən ilk sağ ABŞ Prezidenti olub. Ölkə Zərbxanası Trampın təsvir olunduğu 1 dollarlıq kolleksiya sikkəsi buraxıb. Trampın üzünün və "Azadlıq" və "Tanrıya güvənirik" sözləri olan sikkə, ABŞ-nin 250 illiyinə həsr edilib.

Zərbxana 25 sikkə dəstini 61 dollara satışa çıxarıb, 100 sikkədən ibarət bir çantanın qiyməti isə 154,50 dollardır. Amma buraxılışdan bir neçə saat sonra Zərbxananın veb saytında sikkələrin "hazırda satışda olmadığı" barədə məlumat verilib.

Zərbxanadan bildirilib ki, Tramp sikkəsi "bu tarixi mərhələnin qeyd edilməsi" üçün buraxılıb və "müasir kolleksiyalara əla bir əlavə" olmaq üçün nəzərdə tutulub. Sikkə qızıl kimi görünsə də, tərkibində qızıl yoxdur. Onun 88,5 faiz mis, qalan hissəsi isə sink, manqan və nikeldir.

Xatırladaq ki, bu ilin may ayında ABŞ maliyyə naziri Skott Bessent ABŞ-nin 250 illiyi şərəfinə üzərində Donald Trampın portreti olan 250 dollarlıq əskinas buraxılacağını da açıqlamışdır. Lakin ABŞ federal qanunu insanların sağlığında təsvir olunduqları pulların bəzədilməsini qadağan edir. O səbəbdən Tramp tərəfdarları Konqresdə onun üçün istisna hal olaraq qanun layihəsi təqdim etsələr də, sənədin qəbulu dayandırılmışdır.

Yeni qanun layihəsinin buraxılması planlarını açıqlayan Skott Bessent ABŞ Prezidentinin portretinin onun sağlığında Amerika valyutasında artıq göründüyünü qeyd edib: ABŞ-nin müstəqilliyinin 150 illiyi münasibəti ilə buraxılan yarım dollarlıq sikkədə iki profil var idi – prezidentlər Kalvin Kulic və Corc Vaşinqton.

D.Trampın şəklinin valyuta üzərində yerləşdirilə biləcəyini iddia edərkən Administrasiya həmçinin ABŞ-nin hazırkı liderinin ilk prezidentliyi dövründə qəbul edilmiş 2020-ci il tarixli “Dövriyyədə olan kolleksiya sikkələrinin yenidən dizaynı” qanununa istinad edir. Bu qanun sikkələrin üz tərəfində deyil, arxa tərəfində canlı şəxslərin şəkillərinin yerləşdirilməsini qadağan edir. Trampın portreti də yeni 1 dollarlıq sikkələrin üz tərəfində yerləşdirilib.

Personaj sağ ikən ABŞ valyutasında portretləri qadağan edən başqa bir qanun da var - 1866-cı ildə qəbul olunmuş Teyyer Düzəlişi. Lakin bu, əskinaslara aiddir, sikkələrə şamil edilmir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!