28 İyul 2026 12:20
117
İQTİSADİYYAT
A- A+
Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər


Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” Tovuz fermerlərinin və sahibkarlarının da üzərinə məsul vəzifələr qoyub.

Dövlət Proqramının icrası çərçivəsində rayonda həyata keçiriləcək işlər üçün tədbirlər planı tərtib edilmişdir. Ən çox diqqət torpaq resurslarının qorunmasına və ondan səmərəli istifadə olunmasına, suvarma suyundan səmərəli istifadə mexanizminin inkişaf etdirilməsinə, intensiv meyvə bağlarının salınmasına, istixana kompleksləri sahələrinin artırılmasına, taxılın məhsuldarlığının yüksəldilməsinə yönəldilmişdir. Balıqçılıq sahəsi üzrə potensialın öyrənilməsi və inkişafı, emal sahəsinin inkişaf etdirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlı mövcud vəziyyət təhlil olunaraq rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə yönələn təkliflərin hazırlanmasına da diqqətlə yanaşılmışdır. 

Bununla əlaqədar rayonda keçirilən müşavirədə görülən və görüləcək işlər ətraflı təhlil edilmişdir. Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov çıxış edərək rayonda suvarma infrastrukturunun mövcud  vəziyyəti haqqında, sudan istifadə edən birliklərin fəaliyyətində səmərəliyin artırılması, su itkilərinin qarşısının alınması istiqamətində görüləcək işlər barədə məlumat vermişdir. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov isə aqrar sahədə tətbiq olunan dövlət güzəştlərinin təşviqi ilə bağlı görüləcək işlərdən, eləcə də bəyan edilmiş əkin sahələri ilə “Ev təsərrüfatlarının uçotu kitabı”nda kənd təsərrüfatının statistikasının dürüstləşdirilməsinin əhəmiyyətindən danışmışdır. 

Sonda rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək  proqramdan irəli gələn vəzifələrin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti təşkilatlara tövsiyələr vermiş, dövlətin bu sahəyə tətbiq etdiyi güzəştlərlə bağlı istehsalçıların maarifləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin və kənd təsərrüfatı statistikasının dürüsləşdirilməsinin vacibliyini vurğulamış və bu sahədə aidiyyati qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.


Sabir ƏLİYEV,

 “Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

Azərbaycan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb

11:33
28 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:32
28 İyul

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

11:20
28 İyul

İsrail və Livan arasında Romada yeni danışıqlar gözlənilir

11:18
28 İyul

Barselona metrosunda baş verən yanğında 137 nəfər zəhərlənib

11:16
28 İyul

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

10:39
28 İyul

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!