14 Mart 2024 09:15
5132
Oxucu məktubları
A- A+

Tibb işçilərinin pasiyentlərə diqqəti ən xoş sözlərə layiqdir

 

40 ilə yaxındır ki, Sumqayıtda yaşayıram. Özüm Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Son illər səhhətimdə problemlər yaranmışdı. Müharibə veteranı kimi  bizə göstərilən qayğıdan narazılığım yoxdur. Amma bəzən bir həkimin yanına gedəndə hansısa aparatdan keçmək üçün müxtəlif klinikalara müraciət etməli olurdum. 
Prezident İlham Əliyevin şəhərimizə  son səfəri zamanı açılışını edərək istifadəyə verdiyi 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında olmamışdım. Veteran yoldaşlardan birinin məsləhəti ilə oraya üz tutdum. Xəstəxananın yerləşdiyi ərazi dənizə yaxındır. Təmiz dəniz havası buraları daha cazibədar edir. 
Xəstəxanada  150 çarpayılıq terapiya, laboratoriya, şüa diaqnostikası və başqa şöbələr fəaliyyət göstərir. Qəbul şöbəsindən məni müxtəlif otaqlara yönləndirdilər. Bir neçə saat ərzində tam yoxlamadan keçdim. Sonda həkimin qoyduğu diaqnoza uyğun müalicə yazıldı. Elə dərmanları da xəstəxananın yaxınlığındakı aptekdən aldım. Bu rahatlıq o qədər mənə xoş gəldi ki, geri dönəndə sanki sağalmışdım. Bizə belə şərait yaradanlara minnətdarlığımı bildirmək istəyirəm. Həkim və digər tibb personalının gülər üzləri, xəstəni müşayiət etmələri və qəbul zamanı göstərdikləri diqqət ən xoş sözlərə layiqdir.  

Bakir MƏMMƏDOV,
Qarabağ müharibəsi veteranı, Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video