09 May 2024 08:35
224
SİYASƏT
A- A+

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb

 

Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Sloveniyada səfərdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, anım tədbirlərinin keçirildiyi Nova Qoritsa şəhərinə gələn Ağalar Vəliyev burada şəhərin meri Samo Turellə görüşüb. Görüşdə Sloveniya ilə Azərbaycan arasında mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Sonra deputat Ağalar Vəliyev Nova Qoritsa şəhərində hər il ənənəvi olaraq keçirilən əfsanəvi partizan Mehdi Hüseynzadənin anım tədbirlərinə qatılıb.
Anım tədbirlərində Mehdi Hüseynzadənin Nova Qoritsa şəhərinin Şempas qəsəbəsindəki abidəsi və xatirə muzeyi ziyarət olunub. Xatirə muzeyinin qarşısında keçirilən anım tədbirində deputat Ağalar Vəliyev çıxış edib. O, xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə göstərilən yüksək ehtirama görə Sloveniya xalqına və dövlətinə xüsusi təşəkkürünü bildirib, Sloveniyada faşizmə qarşı aparılan mübarizədə həlak olmuş əfsanəvi partizan Mixaylonun xatirəsinin həm Azərbaycanda, həm də Sloveniyada əziz tutulduğunu  söyləyib.
Tədbir iştirakçıları, həmçinin əfsanəvi partizanın həlak olduğu Vitovje kəndini, Çepovan qəsəbəsində məzarını ziyarət ediblər.
Daha sonra mərasim mədəni proqramla davam etdirilib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video