09 Aprel 2026 09:25
200
Mədəniyyət
A- A+
Təmiz məsləkli insan

Təmiz məsləkli insan


Cəmiyyətin müxtəlif sahələrində işləyib Vətən və xalq qarşısında böyük xidmətlər göstərmiş, uğurları ilə doğmalarını sevindirmiş, ölkəsinin inkişafına töhfələr vermiş şəxsiyyətlər heç vaxt unudulmur. Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətlər göstərmiş peşəkar mütəxəssislərdən, dövlət xadimlərindən biri də Nəzər Heydərovdur.

N.Heydərov ötən əsrin ortalarında neft sənayesinin inkişafı və texniki təchizatının gücləndirilməsində, həmçinin yeni üsullar tətbiq etməklə hasilatın artırılmasında böyük əmək sərf etmişdir. O, həm də yeni yataqların mənimsənilməsi işinə rəhbərlik etmiş neftçilərdən olmuşdur. Nəzər Heydərov İkinci Dünya müharibəsindən sonra Bakının neft sənayesinin yenidən qurulmasında fəal iştirak etmiş, bu işə bilik və təcrübəsini əsirgəməmişdir. O, neft sənayesinin müxtəlif sahələrinə rəhbərlik etdiyi illərdə artıq köhnəlmiş hesab olunan texnologiyaların təkmilləşdirilməsi işinə də böyük töhfələr vermişdir. Gördüyü bütün səmərəli işlər, atdığı addımlar qısa müddət ərzində Nəzər Heydərova böyük uğurlar qazandırmışdır.

Nəzər Heydər oğlu Heydərov 29 mart 1896-cı ildə Zəngəzur qəzasının (indiki Qubadlı rayonu) Gürcülü kəndində dünyaya göz açıb. Yaşı çatanda Gorus şəhərindəki orta məktəbin birinci sinfinə gedib. Təhsilini uğurla başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. 1913-cü ildə ürəyində böyük arzularla Bakıya üz tutub. "Balaxanıneft" mədənlərində çalışıb. 1918-ci ildə isə gərgin hadisələrin cərəyan etdiyi Zəngəzura göndərilib. O, müxtəlif illərdə Qubadlıda, Ağdaş və Şuşada, həmçinin keçmiş DQMV-də rəhbər vəzifələrdə çalışıb. Zaman keçdikcə siyasi təcrübəsi artan Nəzər Heydərov 1927-1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə işləyib. Bacarığı və təcrübəsini nəzərə alaraq 1928-ci ildə onu Moskvaya təhsil almağa göndəriblər. Oxumaq, ali təhsil almaq onun çoxdankı arzusu idi. İstəyinə çatan Nəzər Heydərov Moskvadakı Sənaye Akademiyasının neft şöbəsində və Moskva Neft İnstitutunda oxuyub və təhsilini başa vurduqdan sonra 1931-ci ildə Bakıya dönüb. 

Elə həmin ildən başlayaraq, Azərbaycan neft sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərib. Bacarıqlı neftçi 18 il ərzində Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan Neft Texniki Təchizat Trestinin müdiri, "Azneft" İstehsalat Birliyinin rəis müavini və rəisi işləyib. Bu illər ərzində Nəzər Heydərov neft sənayesinin inkişafına böyük töhfələr verib.

1949-cu il Nəzər Heydərovun həyatında əlamətdar hadisələrlə yadda qalıb. Həmin ilin may ayında o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib. Nəzər Heydərov bu mühüm vəzifədə 1954-cü ilə qədər işləyib. Həmin illər ərzində o, həm də paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 

1954-cü ildə Nəzər Heydərov yenidən neft sənayesində çalışmağa qayıdıb. 1959-cu ilə qədər "Azərnefttextəchizat" idarəsi rəisinin müavini vəzifəsində işləyib. Təcrübəli mütəxəssis kimi neft sənayesinin inkişafı istiqamətində böyük xidmətlər göstərmiş Nəzər Heydərov 1960-cı ildə fərdi təqaüdə çıxıb.

Nəzər Heydərovun xalqımız və dövlətimiz qarşısındakı xidmətləri müxtəlif illərdə layiqincə qiymətləndirilib. O, keçmiş SSRİ-nin ali mükafatları - "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilib.

Neftçi, dövlət xadimi olmaqla yanaşı, Nəzər Heydərov ədəbiyyata da maraq göstərib. Dünyasını dəyişməzdən üç il əvvəl - 1965-ci ildə ötən əsrin əvvəllərində Zəngəzurda yaşayan azərbaycanlılara qarşı erməni quldur dəstələrinin böyük amansızlıqla həyata keçirdikləri soyqırımı hadisələrindən bəhs edən "Zəngəzur dağlarında" adlı memuar yazıb. Bədii-publisistik janrda qələmə alınan bu kitab tarix baxımından böyük əhəmiyyət daşıyırdı. Memuar dəfələrlə Azərbaycan, rus və hətta erməni dillərində nəşr edilib. 1972-ci ildə işıq üzü görmüş bu kitabda Nəzər Heydərov ötən əsrin 20-ci illərində erməni-daşnak, rus bolşevizminin azərbaycanlılara qarşı yönəlmiş qanlı planlarından bəhs edib, əzəli torpaqlarımızın hiylə ilə qoparılaraq Ermənistana verilməsini real, təkzibolunmaz faktlarla və şahidi olduğu hadisələrin təsviri ilə verib. Bununla o, ermənilərin çirkin əməllərini, məkrli xislətlərinin iç üzünü açıb dünyaya göstərib. Onu da qeyd edək ki, 1988-ci ildə Qarabağ hadisələri başlayanda Moskvaya göndərilən sənədlərdə mühüm tarixi mənbələrdən biri kimi Nəzər Heydərovun yazdığı həmin kitabdakı faktlara da istinad olunub. Bu fakt "Zəngəzur dağlarında" memuarının necə böyük tarixi dəyərə malik olduğunu göstərir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:57
09 Aprel

Fransada tələbə qəbulu 2035-ci ilə qədər 1,7 milyon nəfər azala bilər  

12:52
09 Aprel

“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub  

12:40
09 Aprel

Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

12:36
09 Aprel

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb  

12:07
09 Aprel

Zelenski: Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə keçirilə bilər  

11:57
09 Aprel

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

11:34
09 Aprel

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

11:30
09 Aprel

“Bloomberg”: Dünyanın ən varlı 500 adamı ABŞ-İran atəşkəsi fonunda 265 milyard dollar qazanıb  

11:21
09 Aprel

Dünya Bankı: Avropa və Mərkəzi Asiyada iqtisadi artım tempi yavaşlayacaq  

11:10
09 Aprel

Şimali Koreya döyüş başlığı və elektromaqnit silah sistemini sınaqdan keçirib

10:58
09 Aprel

Dünya bazarında qızıl 40 dollaradək ucuzlaşıb 

10:41
09 Aprel

İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb  

10:28
09 Aprel

Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq gedir

10:23
09 Aprel

Azərbaycan neftinin qiyməti 120 dollar olub

10:14
09 Aprel

Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

09:43
09 Aprel

Donald Tramp: ABŞ qüvvələri İranın ətrafında qalacaq  

09:43
09 Aprel

Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub  

09:43
09 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibinə müttəfiqlərdən məyus olduğunu bildirib  

09:41
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!