18 Sentyabr 2026 11:07
384
SİYASƏT
A- A+
Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir  

Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir  


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və revanşist dairələrdə göstərilən reaksiyalar bir daha bu ölkədə sülhə və regionda yaranmış yeni reallıqlara qarşı olan yanaşmaları ortaya qoyur.

Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq, onların fəaliyyətinə təzyiq göstərməyə çalışmaq qəbuledilməzdir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.

Diplomatik nümayəndələrin Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin artıq reallığa çevrildiyini bir daha göstərir. Bu reallığı qəbul etmək əvəzinə təhdid və revanşist çağırışların səsləndirilməsi isə regionda sülh və etimad mühitinə xidmət etmir.

Digər tərəfdən, tarixi və mədəni irsin siyasiləşdirilməsi də ciddi narahatlıq doğurur. Gəncəsər, Xudavəng və digər tarixi abidələrin yalnız bir tərəfin irsi kimi təqdim olunması, Qafqaz Albaniyası irsinin siyasi məqsədlərlə təhrif edilməsi tarixə və elmi həqiqətlərə hörmətsizlikdir.

Azərbaycan öz ərazisindəki tarixi və mədəni abidələri onların dini və etnik mənsubiyyətindən asılı olmayaraq qoruyur və bərpa edir. Eyni münasibəti Qərbi Azərbaycanda xalqımıza məxsus məscidlərə, qəbiristanlıqlara və digər tarixi irs nümunələrinə münasibətdə görmək istərdik.

Ermənistan parlamenti rəhbərliyinin Azərbaycan ərazisinə səfər edən diplomatlara münasibəti də təəssüf doğurur. Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli açıqlamalar və 2022-ci il hadisələrinin siyasi gündəmə gətirilməsi sülh prosesinin ruhuna uyğun yanaşma təsiri bağışlamır.

Azərbaycan sülhə, təhlükəsizliyə və regional əməkdaşlığa sadiqdir. Bunun üçün Ermənistan da revanşist ritorikadan, tarixi saxtalaşdırma cəhdlərindən və Azərbaycanın suverenliyinə qarşı yanaşmalardan uzaqlaşmalıdır.

Bu gün regionda yeni reallıq var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Ermənistanın gələcəyi də məhz bu reallığı qəbul etməkdən və qonşu dövlətlərin suverenliyinə hörmət göstərməkdən keçir.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

20:43
18 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

20:34
18 Sentyabr

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

20:32
18 Sentyabr

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

20:28
18 Sentyabr

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

20:27
18 Sentyabr

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

20:25
18 Sentyabr

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

20:22
18 Sentyabr

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

20:01
18 Sentyabr

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

19:54
18 Sentyabr

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib1

19:53
18 Sentyabr

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

19:44
18 Sentyabr

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

19:39
18 Sentyabr

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

19:30
18 Sentyabr

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

19:23
18 Sentyabr

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!