18 Avqust 2026 15:26
724
İQTİSADİYYAT
A- A+
Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda “Bootcamp” proqramı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Bootcamp”ın əsas məqsədi gənclərin aqrar innovasiya və startap ekosisteminə cəlb edilməsi, süni intellekt və rəqəmsal texnologiyalar əsasında aqrar sahə üçün innovativ həllərin hazırlanması, onların praktiki tətbiqi və kommersiyalaşdırılmasına, eləcə də yeni biznes təşəbbüslərinin formalaşdırılmasına dəstək göstərilməsidir.

İki gün davam edən proqramda 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən 26 iştirakçı, 20 startap layihəsi, 10-a yaxın akselerasiya və inkubasiya mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər iştirak edib.

Proqram çərçivəsində iştirakçılar startap ideyalarını təqdim edib, layihələrin inkişaf etdirilməsi, praktiki tətbiqi və kommersiyalaşdırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də aqrar sahədə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda sessiyalar keçirilib. Sessiyalarda startapların inkişaf etdirilməsi, innovativ ideyaların biznes modelinə çevrilməsi, aqrar sahədə texnologiyaların tətbiqi, bazar tələblərinin müəyyənləşdirilməsi və hazırlanmış həllərin praktiki mühitdə sınaqdan keçirilməsi məsələləri müzakirə olunub.

“Bootcamp” çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, nazirliyin Aparatının nümayəndələri və şirkət təmsilçilərinin iştirakı ilə tələbələrlə görüş keçirilib.

Görüş zamanı tələbələr tərəfindən süni intellekt və rəqəmsal texnologiyalar əsasında hazırlanmış müxtəlif layihələr təqdim edilib. Təqdim olunan həllər sırasında peyk görüntülərinin təhlili və bitkilərdə stresin erkən aşkarlanması, bitki xəstəliklərinin görüntü analizi vasitəsilə müəyyənləşdirilməsi, ağıllı istixanaların idarə olunması, sensor texnologiyalarının tətbiqi, aqrar xidmətlərin rəqəmsallaşdırılması, meyvə bağlarında şaxta və dolu risklərinin əvvəlcədən proqnozlaşdırılması, arıçılıqda süni intellekt əsaslı monitorinq, kənd təsərrüfatı məhsullarının satışının rəqəmsallaşdırılması və digər innovativ həllər yer alıb.

Təqdim olunan layihələr əsasən resurslardan səmərəli istifadə, məhsuldarlığın artırılması, xəstəlik və risklərin erkən aşkarlanması, təsərrüfatların rəqəmsal idarə olunması və aqrar istehsal proseslərinin avtomatlaşdırılmasına yönəlib. Mütəxəssislər layihələrin təkmilləşdirilməsi, istehsalatda tətbiq imkanlarının genişləndirilməsi, kommersiyalaşdırılması və bazara çıxarılması ilə bağlı iştirakçılara tövsiyələr veriblər.

Proqram çərçivəsində “Amoris”, “METAK” və “İsmikhanli” təsərrüfatlarına infoturlar da təşkil olunub. Tələbələr təsərrüfatlarda istehsal prosesləri ilə tanış olub, aqrar istehsal zamanı qarşıya çıxan real problemləri müşahidə etmək və onların həlli üçün texnoloji imkanları qiymətləndirmək imkanı əldə ediblər.

İnfoturlar iştirakçıların hazırladıqları startap ideyalarını real təsərrüfat ehtiyacları ilə əlaqələndirməsinə, innovativ həllərin praktiki tətbiq imkanlarını müəyyənləşdirməsinə və layihələrin daha da təkmilləşdirilməsinə şərait yaradıb.

Qeyd edək ki, Qusar “Bootcamp”ı Aqrar İnnovasiya Mərkəzi tərəfindən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən 7-ci proqramdır. Layihə çərçivəsində ilin sonunadək Naxçıvan, Masallı, Balakən, Şabran, Yevlax, Ağdam və Cəbrayıl rayonlarında da “Bootcamp” proqramlarının keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!