03 Fevral 2026 09:35
552
Elm və texnika
A- A+
Süni intellekt həkimi əvəz edə bilərmi?

Süni intellekt həkimi əvəz edə bilərmi?


Son illərdə insanların həm gündəlik, həm də peşəkar həyatında süni intellekt texnologiyalarının yeri nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bir vaxtlar yalnız elmi fantastika filmlərində rast gəlinən bu texnologiyalar bu gün artıq hər kəs üçün əlçatandır. Xüsusilə pulsuz və sürətli şəkildə fərdiləşdirilmiş cavablar təqdim edən generativ süni intellekt sistemləri cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, səhiyyədə də geniş istifadə olunmağa başlanılıb.

Qlobal miqyasda aparılan müşahidələr göstərir ki, insanlar artıq sağlamlıqla bağlı suallarını həkimdən öncə süni intellekt platformalarına yönləndirirlər. Statistikaya görə, hər həftə təxminən 130 milyon insan xəstəlik simptomlarını, narahatlıqlarını  və analiz nəticələrini birbaşa bu sistemlərə təqdim edir. Təkcə "ChatGPT" platformasına bu məqsədlə sual verənlərin sayı 40 milyonu ötüb. İstifadəçilərin maraq dairəsi əsasən xəstəlik barədə məlumatlar, tibbi terminlər və mümkün müalicə variantları ətrafında cəmlənir. Bu rəqəmlər süni intellektin səhiyyə məlumatlarına çıxışı baxımından nə qədər cəlbedici bir alətə çevrildiyini açıq şəkildə göstərir.

Bu texnologiyaların müəyyən müsbət tərəfləri də var. Xəstələr artıq eyni sualları təkrar-təkrar vermək ehtiyacı duymur, gözləmə otaqlarında gərginlik azalır, gündəlik və texniki xarakterli məlumat toplama işi avtomatlaşdırılır. Süni intellekt bir növ "ön filtr" rolunu oynayaraq həm xəstələrin, həm də həkimlərin vaxtına qənaət etməyə kömək edir. Bu mənada süni intellekt səhiyyə sistemində müəyyən yüngülləşmə effekti yaradır. Lakin məsələ yalnız bununla bitmir.

Ən böyük risk odur ki, insanlar süni intellektdən aldıqları məlumatları bəzən şərtsiz həqiqət kimi qəbul edir və bu da peşəkar tibbi yardıma müraciəti gecikdirir. Süni intellekt sistemləri insan emosiyalarını dəyərləndirə bilmir, empatiya hissinə malik deyil. Ekranda "səni başa düşürəm" cümləsini oxumaq, sistemin real anlamda sizi anladığı demək deyil. Bu texnologiyalar yalnız ehtimallar və məlumat modelləri üzərində işləyir. Onlar narahatlığın dərinliyini, qorxunu, ağrının subyektiv şiddətini və ya xəstənin psixoloji vəziyyətini hiss edə bilməz.

Özünümüalicə riskləri artıq nəzəri səviyyədə deyil, real hadisələrlə təsdiqlənib. 2025-ci ilin avqustunda psixiatrik keçmişi olmayan 60 yaşlı bir kişinin bromid zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilməsi bu təhlükənin konkret nümunəsidir. Həmin şəxs süni intellekt sisteminin tövsiyə etdiyi qida əlavəsi qəbuluna başlamış və nəticədə ağır vəziyyətə düşmüşdü. Bu hadisə süni intellektin tibbi tövsiyələrinin nə qədər ehtiyatla qəbul edilməli olduğunu bir daha gündəmə gətirir.

Süni intellekt diaqnoz qoymaq və ya müalicə təyin etmək üçün nəzərdə tutulmayıb. Maşın öyrənmə alqoritmləri böyük həcmdə tibbi məlumatları analiz edərək müəyyən xəstəlik nümunələrini və əlamətləri tanıya bilər, lakin son diaqnostik qərar hər zaman həkimə məxsusdur. Çünki tibbi diaqnostika yalnız məlumatların mexaniki təhlili deyil. Bu proses xəstənin tibbi tarixçəsinin, yanaşı xəstəliklərinin, qəbul etdiyi dərmanların, həyat tərzinin və bir çox halda süni intellektin hüdudlarından kənarda qalan incə klinik məqamların birlikdə dəyərləndirilməsini tələb edir.

Həkimlər illərlə klinik mühakimə, təcrübə və peşəkar intuisiya formalaşdırırlar. Bu intuisiya yalnız biliklə deyil, minlərlə real xəstə ilə ünsiyyət nəticəsində yaranır. Süni intellekt isə xəstəni görmür, müayinə etmir, onun reaksiyalarını, mimikasını, səsini və davranışını qiymətləndirə bilmir. Tibbin mahiyyəti təkcə nəticələrə baxmaq deyil, xəstəni bütöv şəkildə anlamaqdır.

Bununla belə, süni intellektdən yalnız xəstələr deyil, həkimlər də aktiv şəkildə istifadə edirlər. ABŞ-də aparılan sorğulara görə, 2024-cü ildə həkimlərin 66 faizi iş prosesində süni intellektdən istifadə etdiklərini bildirib. Bu göstərici 2023-cü ildə cəmi 38 faiz idi. Bu artım süni intellektin tibdə rəqib deyil, köməkçi alət kimi qəbul edilməyə başlandığını göstərir.

Süni intellekt tibdə əsasən məlumatların təhlili, elektron tibbi qeydlərin idarə olunması, görüntülərin ilkin qiymətləndirilməsi və rutin tapşırıqların avtomatlaşdırılması üçün istifadə olunur. Bu isə həkimlərə xəstələrlə daha çox ünsiyyət qurmağa, mürəkkəb klinik qərarlara fokuslanmağa imkan yaradır. Generativ süni intellekt modelləri həkimlər üçün yüksək ixtisaslaşmış rəqəmsal köməkçilər rolunu oynayır və onlar mütəxəssislər tərəfindən nəzarət altında istifadə olunur.

Problem əsasən təlim keçməmiş insanların ümumi süni intellekt platformalarından nəzarətsiz şəkildə istifadə etməsidir. "ChatGPT", "Gemini" kimi alətlər tibbi hallüsinasiyalar yarada, yəni səhv və ya uydurma məlumatlar təqdim edə bilərlər. Təcrübəsiz istifadəçi isə bu səhvləri ayırd etməkdə çətinlik çəkir. Süni intellekt xəstənin yaşını, yanaşı xəstəliklərini, dərmanların qarşılıqlı təsirlərini və risk faktorlarını adekvat şəkildə qiymətləndirə bilmir.

Məhz bu səbəbdən "ChatGPT Health" kimi xüsusi sağlamlıq yönümlü rejimlər təqdim edilib. Bu platformalar test nəticələrinin izahı, tibbi terminlərin sadələşdirilməsi, həkim qəbuluna hazırlıq və həyat tərzi məlumatlarının izlənməsi üçün nəzərdə tutulub. Tərtibatçılar açıq şəkildə bildirirlər ki, bu alətlər yalnız məlumatlandırma məqsədi daşıyır, həkimi əvəz etmir, diaqnoz qoymur və müalicə təyin etmir. Düzgün istifadə edildikdə isə pasiyentlərin daha məlumatlı olmasına və həkimə doğru suallar verməsinə kömək edir.

Bu gün MRT, KT, qan analizləri və klinik hesabatların süni intellektə yüklənərək şərh edilməsi artıq geniş yayılıb və bu da "Süni intellekt həkimləri əvəz edəcəkmi?" sualını aktuallaşdırıb. Elmi tədqiqatlar göstərir ki, süni intellekt tibbi ədəbiyyatın icmalı və görüntülərin analizi sahəsində faydalı olsa da, klinik qərarları təkbaşına vermək üçün yetərli deyil.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə həkimə tez müraciət edə bilməyən və ya təcili vəziyyətlərdə məlumat axtaran insanlar süni intellekt tətbiqlərinə üz tuta bilərlər. Süni intellekt həkimi əvəz etmək üçün deyil, qərar qəbuletmə prosesini dəstəkləmək üçün mövcuddur. O, güclü bələdçi ola bilər, lakin həkimi əvəz edə bilməz. Son qərar hər zaman mütəxəssisə məxsus olmalıdır, əks halda səhv şərh edilən məlumatlar lazımsız narahatlıq və gecikmiş müalicə ilə nəticələnə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ən böyük fərdi intellektual yarış keçirilib  

18:26
03 Fevral

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb  

18:25
03 Fevral

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  

18:23
03 Fevral

Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

18:20
03 Fevral

“KazMunayQaz” və Türkiyənin TPAO şirkəti Şimali Xəzərdə geoloji kəşfiyyat layihəsini müzakirə ediblər  

18:19
03 Fevral

Çin avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək  

17:45
03 Fevral

Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edib   

17:44
03 Fevral

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanına səfərə gəlib  

17:14
03 Fevral

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!