02 Fevral 2026 19:35
1269
Elm və texnika
A- A+
Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  


Qahirə şəhərində “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda keçirilən beynəlxalq konfransda AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə “Qadın alimlərin sahibkarlıqda rolu” mövzusunda məruzəsini təqdim edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tubuxanım Qasımzadə çıxışında qadın tədqiqatçıların analitik yanaşma, innovasiya və bilik tələb edən müəssisələr qurmaq bacarığı sayəsində sahibkarlıqda müqayisəli üstünlüyə malik olduqlarını qeyd edib. O, həmçinin qadınların cəmiyyətdə rolunun möhkəmləndirilməsində elm və təhsilin əhəmiyyətinə toxunub. Bildirib ki, qadınların elmi nailiyyətləri, xüsusən də yüksəktexnologiyalı sektorlarda yeni bizneslərin yaradılmasına və inkişafına birbaşa töhfə verir, iqtisadi imkanları genişləndirir və tərəqqini sürətləndirir.

Məruzəçi qeyd edib ki, qadın alimlər təkcə tədqiqatçı deyil, həm də müasir sahibkarlığın inkişafında güclü bir qüvvədirlər. Onlar biznesdə əhəmiyyətli uğurlar qazanıb, elmi təcrübələrindən istifadə edərək innovativ şirkətlər yaradıblar.

“Qadınların elmi təcrübəsi və innovativ düşüncəsi onlara iqtisadi və sosial tərəqqiyə əhəmiyyətli töhfə verən uğurlu bizneslər yaratmağa imkan verir”, - deyə bildirən Tubuxanım Qasımzadə qadınların sahibkarlıq fəaliyyətinə inteqrasiyasının gələcəyin innovativ və dinamik iqtisadiyyatının qurulmasında önəmini vurğulayıb.

O, həmçinin konfrans çərçivəsində təşkil olunan “Qadın sahibkarlığı - ən yaxşı təcrübələr” adlı sessiyada sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ən böyük fərdi intellektual yarış keçirilib  

18:26
03 Fevral

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb  

18:25
03 Fevral

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub  

18:23
03 Fevral

Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

18:20
03 Fevral

“KazMunayQaz” və Türkiyənin TPAO şirkəti Şimali Xəzərdə geoloji kəşfiyyat layihəsini müzakirə ediblər  

18:19
03 Fevral

Çin avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək  

17:45
03 Fevral

Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edib   

17:44
03 Fevral

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanına səfərə gəlib  

17:14
03 Fevral

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!