26 Noyabr 2026 14:52
484
CƏMİYYƏT
A- A+
Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb


Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakı şəhərində yerləşən Zəfər parkına gələrək Zəfər abidəsini, həmçinin Zəfər muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və əldə olunmuş tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib. Müasir texnologiyaların tətbiqi ilə yaradılmış səkkiz ekspozisiya zalında nümayiş etdirilən foto və videomateriallar, interaktiv təqdimatlar və eksponatlar vasitəsilə Vətən müharibəsinin mühüm mərhələləri, Şuşanın azad olunması, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri əks etdirilib.

Daha sonra Baş prokuror Kamran Əliyev Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Baş prokuror Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, müxtəlif istiqamətlər üzrə dinamik inkişaf etdiyini vurğulayıb. Bu baxımdan 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya, Slovakiya Prezidenti Peter Pelleqrininin isə 2026-cı ilin iyulunda Azərbaycana həyata keçirdikləri rəsmi səfərlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Dövlətlərarası münasibətlərin inkişafı fonunda iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın da ardıcıl olaraq genişləndiyini bildirən Kamran Əliyev Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri çərçivəsində imzalanmış Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Cari ilin iyunun 22-23-də Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Slovakiyanın Baş prokuroru Maroş Jilinka göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığın inkişafına, hüquqi təcrübənin bölüşdürülməsinə və prokurorluq orqanları arasında peşəkar dialoqun təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib. Həmçinin Azərbaycan prokurorluğunun fəaliyyət istiqamətləri, institusional inkişafı və müasir çağırışlara uyğun tətbiq etdiyi iş metodları ilə maraqlandığını bildirərək, səfər çərçivəsində keçirilən görüşlərin bu sahələrdə qarşılıqlı təcrübənin öyrənilməsi baxımından faydalı olacağını vurğulayıb.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın intensivləşdirilməsi, hüquqi dialoqun inkişaf etdirilməsi, habelə prokurorluq orqanları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş çərçivəsində Azərbaycan Baş Prokurorluğu ilə Slovakiya Baş Prokurorluğu arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin mövcud Anlaşma Memorandumu əsasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, prokurorluq orqanları arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş zamanı Slovakiyanın Baş prokuroru Maroş Jilinka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Sonda tərəflər Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə, imzalanmış Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətin yeni istiqamətlər üzrə inkişafına və beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyətinin səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

17:29
26 Noyabr

DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 

17:09
26 Noyabr

Qlobal bazarlarda qarışıq mənzərə yaranıb

16:29
26 Noyabr

Azərbaycanda elektromobillərin və hibrid avtomobillərin sayı kəskin artıb

16:23
26 Noyabr

İnfarkt və insultun ilk əlamətləri 30 il əvvəl üzə çıxır  

16:23
26 Noyabr

Azərbaycan sənayesində alüminium istehsal 56,7 faiz artıb

16:22
26 Noyabr

2027-ci ildə Avropada əmlak investorlarının ən çox maraq göstərdiyi 10 şəhər açıqlanıb  

16:12
26 Noyabr

Azərbaycanın ət və süd idxalına çəkdiyi xərclər artıb

16:11
26 Noyabr

Azərbaycan və Litva Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb

16:07
26 Noyabr

Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib  

16:05
26 Noyabr

Bakı–Moskva iqtisadi gündəliyində sənaye və ticarət prioritetləri

15:52
26 Noyabr

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!