05 Sentyabr 2026 10:45
822
CƏMİYYƏT
A- A+
Şəmkirin "sonbeşik" şəhidi 

Şəmkirin "sonbeşik" şəhidi 


Mərahim Aslan oğlu Abdullayev 2020-ci ilin sentyabrında başlayan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Şəmkirin Keçili kəndindən şəhadətə yüksələn 6 şəhiddən biri, yaşca ən kiçiyidir.

O, 2002-ci il martın 27-də dünyaya göz açıb. Atası Aslan fərdi təsərrüfatçı, anası Susanna evdar qadındır. Orxan və İbrahim adlı özündən böyük iki qardaşı var. Şəhidimizin təhsil aldığı orta məktəbin  müəllimi Fənarə Qəhrəmanova Mərahimi belə xatırlayır: "O, nizam-intizamı ilə yoldaşlarından fərqlənirdi. İdmana meyilli, vətənpərvər uşaq idi, həmişə yaşıdlarına əsgərliyə gedəcəyindən danışar və xidmətdən sonra hərbçi kimi Milli Ordu sıralarında qalıb ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə iştirak etmək istədiyini bildirərdi". 

Mərahim Abdullayevlər ailəsinin sonbeşiyi idi. Sakit davranışı, mehribanlığı ilə yanaşı, dəli-doluluğu da vardı. Əldə-ayaqda olan uşaq kimi həmişə hamının köməyinə çatar, ətrafındakılara yardımçı olmağı özünə borc bilərdi. Qardaşı İbrahim deyir: "Nə vaxt televizoru açsaydı, hərbi verilişləri axtarar, tapanda onlara baxardı. Bir dəfə dedi ki, mən əsgər gedəcəyəm, vəhşi ermənilərlə son nəfəsimə kimi vuruşacağam, şəhid olacağam. Buna görə onunla mübahisə edərdim. Kim istəyər ki, qardaşı torpaq altında yatsın?!"

Mərahimin 18 yaşı tamam olanda kənddə bəzi həmyaşıdlarını hərbi xidmətə çağırsalar da, ona bildiriş gəlmirdi. Buna görə o, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon İdarəsinə gedib və tələb edib ki, onu da hərbi xidmətə göndərsinlər. Beləliklə, istədiyinə nail olub. Mərahim Beyləqan rayonu ərazisindəki "N" saylı hərbi hissədə xidməti borcunu yerinə yetirib. Minaatan batareyada baş nişançı olub, intizamı, bacarığı ilə seçilib. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlayıb və o, könüllü ön cəbhəyə yollanıb.

Mərahim Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Düşmən mərmisinə tuş gəlmiş neçə-neçə yaralı əsgərimizin, şəhidimizin arxaya gətirilməsində fədakarlıq göstərib. Təəssüf ki, bu cəsur döyüşçü 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Mərahim hər dəfə evlə - doğmaları ilə danışanda "heç narahat  olmayın, nümunəvi xidmətimə görə qısamüddətli məzuniyyət gözlənilir. Allah qoysa, yaxın günlərdə gələcəyəm", - deyirmiş. Lakin qayıdan bayrağa sarılmış nəşi olub. Şəhid olmazdan bir gün əvvəl son dəfə valideyinləri ilə danışıb. Deyib ki, ordumuzun uğurları böyükdür, düşmənin sonuna çıxırıq, az qalıb. Qələbə qazanacağıq!

Dediyi kimi də oldu. Azərbaycan tarixdə əvəzi olmayan qələbə qazandı. Bu qələbənin əldə edilməsində iştirakı olan Mərahim Abdullayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

İndi Keçili kəndində uşaqdan böyüyə hamı Mərahimin döyüş yolu, qəhrəmanlığı ilə fəxr edir. Ad və anım günlərində, eləcə də milli bayramlarda həmyaşıdları, onu yaxından tanıyanlar, döyüşçü yoldaşları, məktəblilər, ictimaiyyətin və rayon hərbi komissarlığın nümayəndələri 18 yaşlı qəhrəman şəhidi ehtiramla yad edir, məzarı üstünə gül-çiçək qoyur, ruhuna dualar oxuyurlar. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!