27 Aprel 2022 00:31
1462
Oxucu məktubları

Şəhid xalqın övladıdır

 

Məktəbimizdə Vətən müharibəsi şəhidlərinin xatirəsi həmişə əziz tutulur, ehtiramla yad edilir. Onların həyat yolunun və döyüş fəaliyyətinin daha yaxından öyrənilməsi məqsədilə artıq bir neçə sinfə şəhidlərimizin adları verilib.

Belə siniflərdən biri məktəbimizin məzunu Qubad Hacıyevin, digəri isə əslən Qubadlı rayonundan olan Fərrux Həşimovun adını daşıyır. Bu yaxınlarda 4v sinfinə Aprel şəhidi Nicat İskəndərovun adı verilib.

Bu münasibətlə keçirilən tədbirdə şəhidlərin valideynləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Nicat İskəndərovun anası Maya xanım məktəbin müəllim və şagird kollektivinə minnətdarlığını bildirərək deyib ki, ölkəmizdə şəhid ailələrinə, qazilərimizə daim böyük diqqət göstərilir: "Rayonumuzda da şəhidlərimizin hər birinin xatirəsinin əbədiləşdirilməsi üçün  ardıcıl işlər görülür. Bu səbəbdən də şəhid ailələri heç zaman özlərini tək hiss etmirlər. Əgər əvvəllər bizim övladlarımız yalnız bir ailənin oğlu idisə, indi xalqın övladlarıdır. Biz bunu hər addımda görür və övladlarımızla qürur duyuruq. Arzu edirik ki, bütün uşaqlar sülh və əmin-amanlıq şəraitində böyüsünlər, yaxşı oxusunlar, həyatda qazandıqları uğurları ilə valideynlərini sevindirsinlər".

Sonra məktəbin direktoru İntiqam Nuriyev, 4v sinfinin müəllimi Aliyə Balakişiyeva və başqaları çıxış edərək şəhidin qısa, lakin mənalı həyat yolundan  danışıblar. Sonda şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Ziyafət RÜSTƏMOVA,

Tərtərşəhər 1 saylı tamortaməktəbindirektormüavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video