13 Mart 2026 11:17
780
İQTİSADİYYAT
A- A+
Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib


Martın 4-dən 12-dək Pekində 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin (ÜXNK) IV Sessiyası və “İki sessiya” kimi tanınan Çin Xalq Siyasi Məşvərət Konfransının (ÇXSMK) 14-cü Ümumxalq Komitəsinin IV sessiyası keçirilib. Bu sessiyalar Çinin siyasi həyatında əhəmiyyətli illik tədbirdir və dünyanın ölkənin inkişafını daha yaxşı başa düşməsi üçün mühüm bir pəncərədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey brifinqdə bildirib.

Səfir qeyd edib ki, “İki sessiya” zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin sosial-iqtisadi inkişaf və insanların rifahının yaxşılaşdırılması sahələrini müəyyən etmək üçün deputatlar və komitə üzvləri ilə çoxsaylı görüş və müzakirə keçirib. Baş nazir Li Çian hökumətin fəaliyyəti haqqında hesabat təqdim edib, xarici işlər naziri Van Yi isə Çin və xarici jurnalistlərin ölkənin xarici siyasəti ilə bağlı suallarını cavablandırıb.

Lu Mey vurğulayıb ki, Ümumxalq Xalq Nümayəndələri Konqresi 15-ci Sosial və İqtisadi İnkişaf üzrə Beşillik Planının əsas müddəalarını təsdiqləyərək dünyaya Çinin inamlı və sabit inkişafını nümayiş etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!