10 Avqust 2025 08:17
599
SİYASƏT
A- A+
Savaşın qalibi, sülhün memarı

Savaşın qalibi, sülhün memarı


"907-ci düzəliş"in icrasının dayandırılması Azərbaycanın daha bir diplomatik uğurudur


Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması, sadəcə, iki ölkə arasında 30 illik münaqişədən sonra diplomatik bir sənədin imzalanması yox, Cənubi Qafqazın siyasi, iqtisadi, hərbi palitrasını dəyişən möhtəşəm tarixi hadisə idi. Bu, uzun illər aparılan ardıcıl siyasətin, gərgin əməyin, Prezident İlham Əliyevin hərbi və siyasi qətiyyətinin məntiqi nəticəsidir.

Bir anlığa siyasi ardıcıllığa diqqət edək: İlham Əliyev hakimiyyətinin ilk günlərindən siyasətini güclü dövlət prinsipi üzərində qurdu. Əvvəlcə dövlətin iqtisadiyyatını, sonra hərbi gücünü formalaşdırdı. Şübhəsiz, bu, bir aksiomdur. Güc olmadan ədaləti təmin etmək mümkün deyil. Biz güclənib torpaqlarımızı işğaldan azad etdik!

 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin əsas hədəfi hərbi qələbəni sülh sazişi ilə tamamlamaq idi. Bu, yalnız qalib gəlmək deyil, həm də regionda yeni nizamın təməlini qoymaq uğrunda aparılan bir siyasi mücadilədi. Əsas hədəf davamlı və əbədi sülhü qazanmaq idi! Bunun üçün isə həm də İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizi açılmalı idi. Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, Zəngəzur dəhlizinin açılışı iqtisadi cəhətdən dalana dirənmiş Ermənistanın da xilası deməkdir. Dəhliz açılarsa, regionda davamlı sülh olar. Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin dahi gedişlərindən biridir. Dəhliz yalnız Naxçıvana quru yolun açılması deyildi, həmçinin tarixi parçalanmanın sonu, qovuşmanın başlanğıcıdır. 

Təxminən 5 ilə yaxın idi ki, Ermənistan məsələni yubatmağa, "sülh kəsişməsi" adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olurdu. Buna baxmayaraq, artıq cəsarətlə Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail oldu deyə bilərik. Bu gün dəhlizin "Tramp yolu" adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. 

ABŞ-nin bu marşrutda yeganə eksklüziv tərəfdaş statusu isə Azərbaycanın diplomatik meydanda nə qədər incə və uzaqgörən hərəkət etdiyini göstərir. Dəhlizin iqtisadi əhəmiyyətindən danışarkən bunu yalnız "Əsrin müqaviləsi" ilə müqayisə etmək olar. Şübhəsiz ki, bu marşrut Cənubi Qafqazın və Mərkazi Asiyanın siyasi yönümünə də təsirsiz ötüşməyəcək. Üstəlik, ABŞ-nin dəhlizə nəzarət etməsi Rusiyanın Cənubi Qafqaza nəzarətinin tamamilə zəifləməsi, bəlkə də onu itirməsi deməkdir. 

Vaşinqton sazişi həm də Azərbaycanın beynəlxalq aləmdə yeni mövqeyinin göstəricisidir. Rusiya və İranın təsirinin zəiflədiyi bir vaxtda ABŞ kimi qlobal gücün regiona strateji tərəfdaş qismində daxil olması İlham Əliyevin dünya siyasətində çoxvektorlu, amma milli maraqlara söykənən kursunun nəticəsidir. 

Zəngəzur dəhlizinin idarə edilməsinin ABŞ-də olması ölkəmizin milli təhlükəsizliyinə birbaşa müsbət təsir göstərən strateji məsələdir. Şübhəsiz ki, indi dəhliz məsələsini "qırmızı xətlər" elan edənlər anlayırlar ki, çaşsalar başlarına gələcək bəlaları birbaşa dünyanın şəriksiz güc sahibi ABŞ ilə müzakirə etməli olacaqlar. 

Prezident İlham Əliyevlə Prezident Tramp arasındakı uğurlu əməkdaşlığın ilkin nəticəsi olaraq ABŞ lideri tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalandı. Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə ABŞ Konqresi 1992-ci ildə öz qanununa Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə gətirərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən "düzəliş aktı" qəbul etmişdi. ABŞ-nin sonrakı bəzi administrasiyaları bir müddət "907-ci düzəliş"in icrasını dayandırsalar da, Əfqanıstan əməliyyatları başa çatan kimi həmin düzəlişi yenidən "canlandıraraq" Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli mediaya müsahibəsinə müraciət edək: "Prezident Trampla bu, mənim birinci görüşümdür. Onun Azərbaycanla bağlı bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O bir çox məsələləri dərindən bilir, Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, ABŞ-yə həmişə dost ölkə olmasını cənab Tramp yaxşı bilir. Əlbəttə, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. 907-ci düzəlişin ləğvi tarixi hadisədir. Strateji əməkdaşlıq formatına artıq başlamağımız da tarixi hadisədir. Səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu nəticələr yaxın gələcəkdə özünü biruzə verəcək".

Əlahəzrət zaman bir daha təsdiq etdi ki, İlham Əliyev təkcə döyüş meydanında qalib gələn Ali Baş Komandan deyil, qələbəni gələcək nəsillərin rifahına çevirməyi bacaran dövlət xadimidir. Bəli, İlham Əliyev hərbi zəfəri beynəlxalq hüququn və siyasi legitimliyin qalasına çevirməyi bacardı. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyevin qeyd etidiyi kimi, "Prezident İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazandı!". 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!