06 Avqust 2025 11:14
743
CƏMİYYƏT
A- A+
Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib  

Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib  

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz hərəkətləri ilə bağlı həmin komitədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaqla Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Hidayət Məmmədovun həmin şöbənin Hədəfləmə və koordinasiya bölməsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin sabiq əməkdaşı Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 2024-cü il dekabrın 29-da ona müraciət etmiş Arzu Abdullayev və Mirxan Dadaşov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində 3 min manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Hidayət Məmmədovun 2025-ci il martın 28-də ona müraciət etmiş Arzu Abdullayev və Haysuf Hacıyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında içərisində ümumilikdə 291 min manatdan artıq dəyərdə olan aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində sonuncunun 3 min manat məbləğində pul vəsaitinin verilməsi barədə təklifini qəbul edərək həmin malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Hidayət Məmmədova Cinayət Məcəlləsinin 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin dövriyyəsinə köməklik göstərmə), 32.5, 206.3.1, 32.5, 206.3.2, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və təkrar qaçaqmalçılığa köməklik göstərmə), 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsinə köməklik göstərmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvətalma), Bayram Məmmədova həmin Məcəllənin 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3, 32.5, 206.3.2, 308.2 və 311.3.1, Arzu Abdullayevə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 213-1.2.1, 213-1.2.3 və 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvətvermə), Mirxan Dadaşova həmin Məcəllənin 213-1.2.1, 213-1.2.3 və 206.3.2, Haysuf Hacıyevə isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə yekun ittiham elan edilərək Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində iş üzrə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Mirxan Dadaşov və Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

15:56
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!