21 May 2026 12:43
189
SİYASƏT
A- A+
Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Rumıniya parlamentinin üzvləri, hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin nümayəndələri, akademik ictimaiyyət və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan dövlətçiliyinə, ölkənin müasir inkişafına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eləcə də Azərbaycan–Rumıniya münasibətlərinə həsr olunmuş xüsusi fotosərgi təşkil edilib. Sərgidə Azərbaycanın Rumıniyadakı səfirliyi ilə yanaşı, SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum S.A.” tərəfindən hazırlanmış materiallar da nümayiş etdirilib. Azərbaycanın enerji layihələri, Cənub Qaz Dəhlizi, yaşıl enerji təşəbbüsləri və Orta Dəhlizlə bağlı məlumatlar təqdim olunub.

Səfir Qüdsi Osmanov Azərbaycanın müstəqillik tarixindən, dövlət quruculuğu prosesindən və ölkənin son illərdə əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın enerji, nəqliyyat, logistika və humanitar sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Azərbaycanın Cənubi Qafqaz regionuna gətirdiyi sülhün bütün region üçün vacib olduğunu qeyd edən səfir bildirib ki, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhliz kimi təşəbbüslər yalnız region üçün deyil, bütövlükdə Avropa üçün böyük əhəmiyyət daşıyır.

Rumıniya Senatının sədri Mirçea Abrudean Azərbaycan ilə Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, iki ölkə arasında enerji təhlükəsizliyi, Qara dəniz regionunda əməkdaşlıq və nəqliyyat bağlantıları sahəsində mühüm layihələr həyata keçirilir. Rumıniya tərəfinin Azərbaycan ilə strateji əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

Rumıniya Prezident Administrasiyasının dövlət müşaviri Vlad Yonesku, Rumıniya xarici işlər nazirinin strateji məsələlər üzrə müavini Ana Kristina Tinka, Azərbaycan–Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Marian Neakşu Azərbaycan ilə Rumıniya arasında formalaşmış siyasi dialoqun region üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb və onun dövlətçilik siyasətinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanı Cənubi Qafqazın əsas strateji aktorlarından biri kimi qiymətləndirib və Bakı ilə Buxarest arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Çıxışlarda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qiymətləndirilib. Enerji və nəqliyyat sahələrində əməkdaşlığın son illərdə daha da genişləndiyini, xüsusilə yaşıl enerji və Orta Dəhliz layihələrinin strateji əhəmiyyət daşıdığını qeyd edilib.

Tədbirin bədii hissəsində Azərbaycan musiqisi səsləndirilib. Qonaqlara Azərbaycan milli mətbəxinə aid nümunələr təqdim olunub və ölkənin turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

19:26
21 May

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB 

19:22
21 May

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib  

19:16
21 May

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb  

19:14
21 May

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub  

19:13
21 May

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 

19:12
21 May

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB  

19:10
21 May

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb

19:09
21 May

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub  

19:07
21 May

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub 

19:05
21 May

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

19:04
21 May

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB  

19:01
21 May

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB  

18:51
21 May

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb  

18:50
21 May

Boriy Alixanov: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır  

18:49
21 May

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib  

18:48
21 May

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:46
21 May

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB 

18:24
21 May

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir  

18:19
21 May

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər 

18:16
21 May

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!