19 İyun 2025 08:40
522
İQTİSADİYYAT
A- A+
Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir


Azərbaycanda ən iri neft, qaz, ixrac və indi həm də "yaşıl enerji" layihələrinin operatoru olan BP yeni bir sosial proqramın başa çatdığını elan edib. Bu sosial sərmayə layihəsi mühəndislik sahəsində ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universitetində (AzTU) müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutur və universitetlərdə bilik mənbələrinin rəqəmsallaşdırılmasına dəstək kimi dəyərləndirilir.

Sözügedən təşəbbüs BP-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir. Bu innovativ layihənin məqsədi tələbələrin və professor-müəllim heyətinin tədris, öyrənmə və digər akademik materiallara, mənbələrə və resurslara çıxışını, bu resursların idarə olunması və paylaşma üsullarını modernləşdirməklə onlardan istifadəni sürətli və asan etməkdir.

Hazırda universitetin mövcud kitabxanasında 500 mindən çox kitab saxlanılır, eləcə də 20 tədris və multimedia otağı və ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir. Yeni rəqəmsal kitabxana bu resursları elektronlaşdırmaqla sürətli və fasiləsiz bilik və məzmun mübadiləsi və birgə işləmək imkanları yaradır. Belə ki, geniş rəqəmsal bilik bazasına məsafədən və birbaşa çıxış, akademik və tədqiqat materialları üçün təkmilləşdirilmiş axtarış imkanları yaranır, eləcə də kontenti paylaşmaq və tədqiqat məlumatlarını saxlamaq üçün birgə istifadə vasitələri təmin edilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz kitabxananın açılışı ilə bağlı belə deyib: "Bu layihə Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis və yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir. Qürur duyuruq ki, AzTU-nu daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu rəqəmsal transformasiya yolunda dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış bu addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir. Biz xüsusilə məmnunuq ki, 10 mindən çox tələbəyə və 600 nəfərlik professor-müəllim heyətinə müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa kömək edirik".

Layihə çərçivəsində universitet əməkdaşları üçün təlim aspekti də nəzərdə tutulub. Onlara kitabxana resurslarını daha səmərəli idarə etmək üçün yeni rəqəmsal metodlar öyrədilib. İcra müddəti 18 ay olan bu layihəni öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq BP şirkəti maliyyələşdirib. Layihənin ümumi dəyəri 408 min manatdır.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda bu vaxtadək öz tərəfdaşları ilə birlikdə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Bundan əlavə, fəaliyyətə başladığı vaxtdan indiyədək özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon dollardan çox vəsait xərcləyib.

Bunu BP belə bəyan edir: "Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. BP-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib". 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!