08 İyul 2025 08:20
460
İQTİSADİYYAT
A- A+
Regionun gələcəyini formalaşdıran 17-ci Zirvə görüşü

Regionun gələcəyini formalaşdıran 17-ci Zirvə görüşü


ECO-nun bu sammiti inteqrasiya, sabitlik və tərəqqi yolunda birliyin nümunəvi təməlini qoydu


İndiki qloballaşma şəraitində regional əməkdaşlıq və iqtisadi inteqrasiya dünya gündəmində mühüm yer tutur. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşləri üzv ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli platformalardan biri hesab olunur. 

İyulun 3-4-də Xankəndidə keçirilmiş növbəti Zirvə görüşü həm təşkilatın gələcək strateji hədəflərinin müəyyənləşdirilməsi, həm də bölgədə sülh, əməkdaşlıq və davamlı inkişaf üçün yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə əhəmiyyətli beynəlxalq tədbir reallaşdırılıb: "2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim". Dövlət başçısı bu fikirləri söyləməklə 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Zirvə görüşünün məhz Xankəndidə təşkili bir sıra mühüm mesajları özündə ehtiva edir. Birinci növbədə qısa zamanda Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi coğrafiyasına inteqrasiyasını göstərir ki, bu da bölgədə həyatın normallaşdırılmasından xəbər verir. Tədbir həmçinin regionun təhlükəsiz və sabit şəraitdə  bərpası və yenidən qurulmasına beynəlxalq marağın artdığını göstərir. 

İkincisi, Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq səviyyədə qətiyyətli nümayişidir. Bu, ölkənin öz torpaqlarında tam nəzarətini bərpa etməsi və bölgədə sülhün bərqərar olması üçün irəli sürdüyü strategiyanın əyani təsdiqidir. Beləliklə, tədbir siyasi baxımdan həm də regionda yeni bir dövrün başlanğıcı kimi qəbul olunur.

Daha bir  vacib məqam isə beynəlxalq ictimaiyyətin diqqətinin yenidən Qarabağ bölgəsinə yönəlməsidir. ECO kimi beynəlxalq təşkilatın üzvlərinin Xankəndidə bir araya gəlməsi və birgə əməkdaşlıq gündəmini müzakirə etməsi regionun dayanıqlı inkişafı üçün beynəlxalq dəstəyin artmasına şərait yaradır. Bu, bərpa işlərinin daha geniş miqyasda həyata keçirilməsi və iqtisadi inkişafın sürətləndirilməsi üçün vacibdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Zirvə görüşünün  gündəliyini şərh edərək bildirib ki, bu görüş təşkilatın regional inteqrasiyanı dərinləşdirmə və dayanıqlı inkişaf istiqamətində strateji trayektoriyasında əhəmiyyətli hadisə kimi qiymətləndirilir: "ECO ölkələri 8 milyon kvadratkilometrdən çox ərazini özündə birləşdirir və təxminən 550 milyon nəfərlik əhalisi ilə dünya əhalisinin 6 faizindən çoxunu təşkil edir. Zəngin təbii ehtiyatlar, geoiqtisadi mərkəz kimi strateji mövqe və artan iqtisadi ambisiyalar bu regionu qlobal ticarət və investisiya mərkəzinə çevirmək potensialına malik edir. 2023-cü il üzrə ECO ölkələrinin ticarət dövriyyəsi 1016 trilyon dollar olub və bu, qlobal ticarətin 4,31 faizini təşkil edir. 2022-ci illə müqayisədə bu rəqəm azalsa da  (4,48 faiz),  böyük ticarət potensialına malikdir. 2023-cü ildə ECO ölkələrinin ticarət kəsiri 118,4 milyard dollar olub ki, bu da regionun ixrac imkanlarının mövcud potensialdan tam istifadə etmədiyini göstərir".

V.Cəfərova onu da qeyd edib ki, xarici birbaşa investisiyalar (XBİ) sahəsində də müsbət dinamika qeydə alınır. 2020-ci ildə 18 milyard, 2021-ci ildə 21,4 milyard, 2022-ci ildə isə 25,7 milyard dollar dəyərində XBİ axınları qeydə alınıb. Bu, 3 il ərzində 30 faizlik artım deməkdir: "Həmçinin cənab Prezidentin dediyi kimi, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Ölkəmiz bu sahədə də ECO-ya üzv ölkələrə böyük töhfə verə bilər".

Qeyd edək ki, ECO dövlətlərini bir-birinə bağlayan iqtisadi amillər arasında ticarət dövriyyəsinin artırılması, nəqliyyat və enerji resurslarının paylaşılması, investisiya mühitinin yaxşılaşdırılması, sənaye və texnoloji əməkdaşlığın gücləndirilməsi, eləcə də regional infrastrukturun inkişafı mühüm yer tutur. Bu da vacib amildir ki, üzv ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi və tarif maneələrinin aradan qaldırılması ticarətin səmərəliliyini artırır və iqtisadi inteqrasiyanı dərinləşdirir. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzv dövlətlərin ərzaq təhlükəsizliyini möhkəmləndirir və regional resursların daha səmərəli istifadəsinə şərait yaradır.  Qlobal və regional iqtisadi çağırışlara qarşı birgə reaksiyanın təşkili, texnoloji yeniliklərin tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi də ECO üzvləri arasında əməkdaşlığın önəmli istiqamətlərindəndir.

ECO-nun 17-ci Zirvə görüşü regional inteqrasiyanın sürətləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımların atılması üçün vacib platforma rolunu oynadı. Görüş zamanı ticarət maneələrinin azaldılması, sərhəd prosedurlarının sadələşdirilməsi və birgə iqtisadi təşəbbüslərin dəstəklənməsi kimi məsələlər geniş müzakirə edildi. 

Xankəndi Zirvəsi dünyaya bir neçə mühüm mesaj verdi.  Tədbir Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etdiyini və bunun beynəlxalq aləmdə tanındığını göstərdi. ECO-ya üzv dövlətlər bir daha nümayiş etdirdilər ki, regional əməkdaşlıq sülh, stabillik və iqtisadi inkişaf üçün vacibdir və bu istiqamətdə birgə səylər davam etdiriləcək. Ən önəmlisi, bu görüş regionda sülhün bərqərar olması və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün vacib platforma olduğunu göstərdi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan XİN ABŞ mediasının İran təyyarəsi ilə bağlı xəbərlərini təkzib edib

11:06
12 May

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:03
12 May

Əmək və əhalinin sosial müdafiəsi naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

11:02
12 May

“Nikkei”: Panama kanalı ilə neft daşınması 74 faiz artıb

10:58
12 May

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:56
12 May

BDYPİ piyadalara çağırış edib  

10:55
12 May

Dünya birjalarında neft bahalaşıb

10:52
12 May

Lökbatanda baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

10:51
12 May

Azərbaycan nefti 110 dollara satılıb

10:49
12 May

Azərbaycan üzgüçülüyündə yeni rekord qeydə alınıb

10:48
12 May

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

10:47
12 May

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir  

10:09
12 May

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

10:06
12 May

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

10:05
12 May

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

10:02
12 May

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

10:01
12 May

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

09:59
12 May

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

09:14
12 May

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

09:04
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!