24 Sentyabr 2026 11:18
135
İQTİSADİYYAT
A- A+
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır  

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır  


Milli Aviasiya Akademiyasında (MAA) ABŞ-nin aviasiya təhsili sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrindən biri olan Spartan Aeronavtika və Texnologiya Məktəbinin fəaliyyətə başlamasına həsr olunan açılış mərasimi keçirilib.

MAA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademiyanın rektoru, akademik Arif Paşayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, ABŞ-nin Spartan Aeronavtika və Texnologiya Kollecinin və “Spartan Education Group”un nümayəndələri iştirak ediblər.

Akademik Arif Paşayev çıxışında müasir aviasiyanın yalnız yüksəkixtisaslı kadr hazırlığı deyil, eyni zamanda, elmi-tədqiqatların, yeni texnologiyaların və praktiki tətbiqlərin vəhdəti əsasında inkişaf etdirilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, aviasiya təhsilinin elmi potensialla dəstəklənməsi və beynəlxalq təcrübə ilə zənginləşdirilməsi Azərbaycan aviasiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın nəqliyyat infrastrukturunun, o cümlədən hava nəqliyyatı sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialının Azərbaycanda fəaliyyətə başlamasını ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

“Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Akademiyada uçuş hazırlığının təşkili, praktiki təlim imkanları və müasir aviasiya mütəxəssislərinin hazırlanması üçün yaradılan şəraitdən danışıb. O, MAA-da yeni fəaliyyətə başlayan Beynəlxalq Təlim Mərkəzinin bu prosesdə mühüm rolunu vurğulayıb. Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlamasını da bu istiqamətdə növbəti mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda ilk “FAA A&P” lisenziya proqramının təşəbbüskarı və dəstəkçisi, “ALG” şirkətinin təsisçisi Fərhad Azima isə bildirib ki, Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlaması Azərbaycan aviasiya təhsilində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən “Spartan Education Group”un Baş İcraçı Direktoru Robert Polston, Strategiya və Biznesin İnkişafı üzrə icraçı vitse-prezidenti Daniel Bregman və Direktorlar Şurasının üzvü, kapitan David Bourne ABŞ-nin aviasiya təhsili sahəsində təcrübəsi, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və yeni layihənin perspektivləri barədə fikirlərini bölüşüblər.

ADA Universitetinin prorektoru Vəfa Kazdal da çıxış edərək təhsil tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Spartan Aeronavtika və Texnologiya Məktəbinin Azərbaycanda fəaliyyətə başlaması münasibətilə tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, 63 tələbənin təhsil alacağı yeni məktəbdə tədrisin təşkilinə artıq başlanılıb. İyunun 1-dən tələbələr üçün ingilis dili kursları keçirilir. Tədris prosesinə isə noyabrın 16-dan start veriləcək.

Sonda xatirə fotosu çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Formula 1-in Bakıda 10-cu səhifəsi yazılır

15:17
24 Sentyabr

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb  

14:19
24 Sentyabr

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  

14:16
24 Sentyabr

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

14:07
24 Sentyabr

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

14:01
24 Sentyabr

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

13:52
24 Sentyabr

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

13:37
24 Sentyabr

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

13:22
24 Sentyabr

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

13:13
24 Sentyabr

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib 

13:09
24 Sentyabr

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

12:57
24 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:57
24 Sentyabr

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir  

12:48
24 Sentyabr

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir  

12:22
24 Sentyabr

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

12:19
24 Sentyabr

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

12:11
24 Sentyabr

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

12:07
24 Sentyabr

İsrail E. Makronun BMT-dəki çıxışına kəskin reaksiya verib  

12:05
24 Sentyabr

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb  

12:01
24 Sentyabr

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub  

11:59
24 Sentyabr

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir  

11:59
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!