12 Sentyabr 2026 08:20
773
İQTİSADİYYAT
A- A+
Qida təhlükəsizliyinin təminatında yeni dövr başlayır

Qida təhlükəsizliyinin təminatında yeni dövr başlayır


İnsan sağlamlığının qorunması və əhalinin təhlükəsiz, keyfiyyətli ərzaqla təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu gün qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyətinə nəzarətlə məhdudlaşmır. İqlim dəyişmələri, su ehtiyatlarının azalması və torpaqların deqradasiyası məhsulun istehsalından istehlakına qədər müxtəlif mərhələlərdə yeni risklər yaradır.

Bu baxımdan qida təhlükəsizliyinə yanaşma da dəyişir. Əvvəllər məqsəd təhlükəli məhsulu müəyyən edib dövriyyədən çıxarmaq idi. İndi isə  qidanın istehsalından istehlakına qədər təhlükəsizliyini təmin etmək üçün bütün mərhələlərdə davamlı nəzarət tələb olunur. Məhz bu kontekstdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün" dövlət proqramının qəbul edilməsi zamanın tələbidir. Sənəd qarşıdakı dövr üçün qida təhlükəsizliyinə daha sistemli və müasir yanaşmanın əsas istiqamətlərini müəyyənləşdirir. Eləcə də  mövcud imkanların daha  çox gücləndirilməsini və hər cür təhlükəyə qarşı qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. Qida təhlükəsizliyi daim dəyişən risklərlə üz-üzədir. Qlobal iqlim dəyişmələri kənd təsərrüfatı və ərzaq istehsalı üçün yeni problemlər  yaradır. Bu səbəbdən dövlət nəzarətinin elmi və müasir texnologiyalara söykənən mexanizmlərlə təkmilləşdirilməsi zərurətə çevrilir.

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  "Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov hesab edir ki, qlobal iqlim dəyişikliklərinin yaratdığı yeni risklər, təchizat proseslərinin mürəkkəbləşməsi və xarici bazarlarda keyfiyyət tələblərinin sərtləşməsi fonunda proqramın qəbulu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təhlükəsiz və keyfiyyətli qida məhsullarına tələbatın artdığı bir dövrdə sənəd yalnız qida təhlükəsizliyinin təmin olunmasına yönəlməyib. O, həm də yerli istehlakçı və ixracatçı üçün yeni imkanların formalaşmasına xidmət edə bilər: "Qlobal ticarətdə qida təhlükəsizliyi artıq yalnız yerinə yetirilməli olan texniki tələb deyil. Bu amil ölkələrin və şirkətlərin beynəlxalq bazarlardakı rəqabət imkanlarını müəyyənləşdirən mühüm göstəricilərdən birinə çevrilib. Bu baxımdan, dövlət proqramının həyata keçirilməsi Azərbaycanın qida təhlükəsizliyi sisteminin gücləndirilməsi ilə yanaşı, yerli məhsulların xarici bazarlarda etibarlı və rəqabətqabiliyyətli mövqeyinin möhkəmlənməsinə də imkan yaradar".

Dövlət proqramında Azərbaycan məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Xüsusilə arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə, eləcə də quşçuluq məhsullarının yeni bazarlara ixracına imkan verəcək icazələrin alınması  neftdənkənar ixracın coğrafiyasını genişləndirə bilər. Sənəddə müəssisələrin 80 faizində HACCP sisteminin tətbiqi də mühüm hədəflərdən biridir. Məlumat üçün bildirək ki,  HACCP  təhlükələrin təhlili və kritik nəzarət nöqtələri deməkdir. Sadə dillə desək, bu, qidanın istehsalından istehlakçıya çatana qədər təhlükəsizliyini təmin etmək üçün risklərin əvvəlcədən müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması sistemidir.

Qeyd edək ki, dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə iki yeni qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti məntəqəsinin yaradılması idxal-ixrac əməliyyatlarının sürətləndirilməsinə və logistika imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazara çıxış mexanizminin yaradılması, həmçinin qanunvericilik prosesinə özəl sektorun cəlb edilməsi isə qida təhlükəsizliyində dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə yönələn addımlardır.

Sərəncamda xüsusi diqqət çəkən istiqamətlərdən biri rəqəmsal texnologiyalar, elektron izləmə və sertifikatlaşdırma sistemlərinin genişləndirilməsidir. Bu yanaşma qida məhsullarının "tarladan süfrəyə" qədər  keçdiyi mərhələlərə nəzarətin daha səmərəli qurulmasına imkan verəcək. Məhsulun mənşəyinin, istehsal və emal prosesinin izlənməsi həm risklərin vaxtında müəyyənləşdirilməsinə, həm də təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarəti gücləndirəcək. Ayxan Qədəşov deyir: "Sirr deyil ki, tədarük zəncirinin şəffaflığı beynəlxalq ticarətin onurğa sütunudur. Sənədə əsasən, risklərin və potensial problemlərin təhlili üçün süni intellekt modellərinin tətbiqi, habelə AQTİS daxilində vahid izləmə altsisteminin qurulması, ilkin mərhələdə pilot layihə qismində 50 qida subyektinin bu sistemə qoşulması nəzərdə tutulur. Daha sonra qida məhsullarının saxtalaşdırılmasının qarşısını almaq məqsədilə radiotezlikli identifikasiya (RFID) və əşyaların interneti (IoT) kimi müasir rəqəmsal texnologiyaların tətbiqinin təşviqi məhsulların mənşəyini zəmanət altına alaraq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq".

Dövlət proqramının əsas istiqamətlərindən biri də  istehlakçıların təhlükəsiz qida ilə təmin olunması və sağlam qidalanma vərdişlərinin formalaşdırılmasıdır. Bu məqsədlə xüsusi etiketlənmənin tətbiqi, allergenlər və bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmadığı barədə əhalinin vizual vasitələrlə məlumatlandırılması nəzərdə tutulur. Qida israfının azaldılması ilə bağlı təşviqat kampaniyalarının keçirilməsi də ictimai məlumatlılığın artırılmasına xidmət edəcək. 

Sənəddə qanunsuz küçə ticarətinin qarşısının alınması və diyetologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeydiyyata alınaraq fəaliyyətlərinə nəzarətin gücləndirilməsinin vacibliyi ayrıca qeyd olunur. Digər mühüm istiqamət insan, heyvan və ətraf mühit sağlamlığının birlikdə nəzərə alınmasıdır. "Vahid sağlamlıq" yanaşması məhz həmin prinsipə əsaslanır. Bu yanaşma insan və heyvanlar arasında yayıla bilən xəstəliklərin, eləcə də ətraf mühitlə bağlı risklərin vaxtında müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir. Zoonoz xəstəliklərə qarşı milli strategiyaların həyata keçirilməsi, həmçinin yüksək biotəhlükəsizlik standartlarına cavab verən yeni laboratoriya kompleksinin yaradılması ölkənin bioloji risklərə qarşı hazırlığının gücləndirilməsinə imkan verəcək.

2027-2032-ci illəri əhatə edən dövlət proqramı bir tərəfdən ölkənin qlobal qida təhlükəsizliyi ilə bağlı problemlərə  daha hazırlıqlı olmasına, digər tərəfdən isə yerli istehsalçıların rəqabət imkanlarının genişlənməsinə şərait yaradılmasını ehtiva edir. Xüsusilə beynəlxalq standartlara uyğunluğun artırılması prinsiplərinin tətbiqi Azərbaycan məhsullarının dünya bazarlarında mövqeyinin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır. Nəticə etibarilə, dövlət proqramı qarşıdakı illər üçün qida təhlükəsizliyinin daha müasir, rəqəmsal və riskəsaslı modelinin formalaşdırılmasına yönəlmiş mühüm addımdır. Bu modelin uğurlu icrası istehlakçıların təhlükəsiz qida ilə təminatını gücləndirəcək, üstəlik də  Azərbaycanın qlobal ərzaq və ticarət sistemində daha fəal mövqe tutmasına imkan verəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!