26 Aprel 2023 14:47
650
CƏMİYYƏT
A- A+
Qida məhsullarının soyuducuda saxlanılma qaydası  

Qida məhsullarının soyuducuda saxlanılma qaydası  

 

Çox vaxt məhsulun üzərində istifadə tarixi qeyd edilsə də, göstərilən müddətdən daha tez xarab olur. Bunun əsas səbəbi mal qonşuluğu prinsipinin pozulması, eləcə də ərzaqların soyuducuda düzgün şəraitdə saxlanılmamasıdır. Meyvə-tərəvəzlərin və digər qidaların soyuducuda təzə qalma müddəti fərqlidir. Sarımsaq, kartof, soğan kimi məhsulların soyuducuda saxlanılması isə yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Mövsümi və yerli tərəvəzləri yumadan soyuducuda saxlamaq olar. Xarici meyvə-tərəvəzlər yuyulub təmizlənməli və digər qidalarla təmas etməyəcək şəkildə soyuducunun xüsusi rəflərində yerləşdirilməlidir. Kartof, soğan, çuğundur və sarımsaq kimi tərəvəzlərin soyuducuda saxlanılması onların tərkibində pozulmalara səbəb olur. Kartof və soğan ayrı-ayrı şəkildə otaq şəraitində qaranlıq və sərin yerdə saxlanılmalıdır.

Bunlarla yanaşı soyuducunun temperatur parametrlərini də düzgün tənzimləmək lazımdır: “Sitrus və ekzotik meyvələrin soyuducuda saxlanılması tövsiyə olunmur. Banan, manqo, avokado kimi meyvələr etilen qazını həddindən tez və sürətli şəkildə ifraz etdiyindən yanındakı digər meyə-tərəvəzin tez yetişib xarab olmasına aparıb çıxarır. Pasterizə olunmuş südü 2-4 gün ərzində, pasterizə olunmamış südü 3 günə qədər saxlamaq ola”,- deyə qida mütəxəssis bildirib.

Ət, balıq və toyuq məhsulları şüşə qabda məsafəli şəkildə saxlanılmalıdır. Yumurta isə soyuducunun işıqla təmasda olmayan hissəsinə qoyulmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!