18 Aprel 2024 12:23
137
CƏMİYYƏT
A- A+

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib  

 

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetdəki Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “...Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı olub.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən, müəllifi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev olan hər iki kitab Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr edilib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı söylədiyi fikirlərin əks olunduğu videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək Azərbaycan tarixinə nəzər salıb, bu cür böyük qayıdışların çox nadir hallarda olduğunu vurğulayıb. Deyib ki, son üç yüz ildə belə miqyasda qayıdış ilk dəfədir baş verir. “Şahidi olduğumuz Zəfərdən sonra ən böyük tarixi hadisə o torpaqlara qayıdışdır. Bu isə yalnız çox güclü liderin rəhbərliyi ilə baş verə bilərdi. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində biz bu gün Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. Ancaq bu qayıdış itkisiz - sülh yolu ilə baş verəcək”, - deyə o əlavə edib.

Sonra çıxış edən Əfqan Vəliyev Qərbi Azərbaycanın tarixi haqqında məlumat verib, ermənilərin buraya köçünrülməsinin çar Rusiyasının fəaliyyəti ilə məqsədli və planlı şəkildə baş verdiyini vurğulayıb.

Diqqətə çatdırıb ki, təqdim edilən kitablarda Qərbi Azərbaycanın çoxminillik tarixinin hər bir dövrünə toxunulub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video