26 Yanvar 2025 08:50
778
SİYASƏT
A- A+
Qərb Paşinyanı xaosa sürükləyir

Qərb Paşinyanı xaosa sürükləyir


Ermənistanda siyasi gərginlik hökm sürür


Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Ermənistanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir.  İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövləti, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. 

Digər tərəfdən də Rusiya ilə ticari əlaqələrini genişləndirir. Ermənistan sanksiyalar altında olan Rusiyaya reeksport məsələsində əsas müttəfiqdir. Bu iki ölkə arasında ticarət dövriyyəsi indiyədək görünməyən həddə - 12 milyard dollara çatıb. Ermənistan üzdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atmaqla özünü pərdələməyə çalışır.  Başqa tərəfdən isə Qərbyönümlülüyünü gizlətmir. Göründüyü qədərilə rəsmi İrəvan ikili oyun oynayır. 

"Hraparak" nəşri yazıb ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması haqqında" qanun layihəsinin Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasında müzakirəsi zamanı hakim fraksiyanın deputatı Sona Qazaryan bildirib ki, yalnız Aİ-yə inteqrasiya məsələləri ilə məşğul olacaq 3-cü baş nazir müavini olmalıdır. Nəşrə görə, məsələ ondadır ki, hakim partiyanın Sorosa bağlı bölməsində və Avropa referendumunun təşəbbüskarları qrupunda baş nazirin müavini Mher Qriqoryana qarşı dərin etimadsızlıq var.

Qriqoryanı "rus casusu" hesab edirlər və düşünürlər ki, bu prosesin uğursuzluğa düçar olmaması üçün qərbpərəstlərin öz seçimi olan baş nazirin müavini olmalıdır. Təbii olaraq hakim fraksiyadan olan deputat bunu etiraf etməyib, əksinə deyib ki, Qriqoryan öz funksiyaları ilə, o cümlədən demarkasiya komissiyasının işi ilə çox məşğuldur, Tiqran Xaçatryan isə, məlum olduğu kimi, maliyyə blokunu koordinasiya edir, ona görə də başqa baş nazirin müavini vəzifəsi yaratmaq lazımdır. "Lakin bizə deyilənə görə, təxminən iki ay əvvəl Avropa referendum qrupu hətta müzakirə edib ki, onlardan biri, məsələn, "Respublika" partiyasının lideri Aram Sarkisyan, yaxud Arman Babacanyan baş nazir müavini təyin olunmalıdır. Babacanyan bəyan edəcək ki, onun hökumətin iqtisadi və digər siyasəti ilə heç bir əlaqəsi yoxdur, yalnız bir öhdəliyi var, o da Avropaya inteqrasiya məsələləri ilə məşğul olmaqdır", - deyə nəşr bildirib.

Erməni siyasi xadim Hakop Hakopyan öz sosial şəbəkə hesabında yazıb ki, Ermənistanda faktiki olaraq siyasi defolt hökm sürür: artıq seçicilərlə indiki hakimiyyət arasında heç bir öhdəlik və hakimiyyətin mənəvi legitimliyi yoxdur. "Bu gün hamımız ətrafımızda yaranmış yeni reallıqdan çıxmalıyıq. Məqsədi görməmək, yeni reallıqları dərk etməmək yenidən illüziya və miflərlə yaşamağa başlamaq deməkdir. Ölkəni xilas etmək üçün real imkan var, amma bu, hazırkı hakimiyyət olmadan mümkündür. Bizə real və adekvat fəaliyyətlər üçün yol xəritəsi lazımdır. Yaxın keçmişimizdən nəticə və  dərslər çıxarmaq lazımdır. Bu, yüksəkkeyfiyyətli konsolidasiya edilmiş işi nəzərdə tutur", - deyə o qeyd edib.

Ermənistanda xalqı əslində siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə olan sosial-iqtisadi vəziyyət düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür.  Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. 

Beləliklə, gedən proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

11:58
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!