08 Noyabr 2026 16:27
277
CƏMİYYƏT
A- A+
Qələbəmizin təminatçısı xalqın iradəsi, ordunun qüdrəti, iqtidarın qətiyyəti oldu  

Qələbəmizin təminatçısı xalqın iradəsi, ordunun qüdrəti, iqtidarın qətiyyəti oldu  


Azərbaycan Vətən müharibəsinədək hərbi qüdrətinin artırılması, Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində illər boyu ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdi. Ölkənin iqtisadi imkanlarının güclənməsi, müdafiə sənayesinin inkişafı, müasir silah və hərbi texnikanın istehsalı və alınması, hərbi infrastrukturun yenilənməsi Azərbaycan Ordusunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdı. 

Ordumuzun arsenalına daxil edilən pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket-artilleriya sistemləri, zirehli texnika və digər müasir döyüş vasitələri onun hərbi-texniki üstünlüklərini əhəmiyyətli dərəcədə artırmışdı. Eyni zamanda, Azərbaycan hərbçilərinin müxtəlif ölkələrdə keçirilən təlimlərdə iştirakı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi, döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi Silahlı Qüvvələrimizi regionun ən qüdrətli ordusuna çevirmişdi. 

Amma Vətən müharibəsində Azərbaycan Ordusunun gücünü yalnız müasir silah və texnikanın imkanları ilə ölçmək düzgün olmazdı. Bu Ordunun hər bir əsgər və zabitini irəli aparan ən böyük qüvvə doğma torpaqların işğaldan azad edilməsi arzusu, Vətənə sonsuz məhəbbət, milli qürur və tarixi ədalətin bərpasına olan sarsılmaz inam idi. Azərbaycan hərbçiləri müasir döyüş texnologiyalarından məharətlə istifadə etməklə yanaşı, yüksək peşəkarlıq, çevik qərarvermə, döyüş əzmi və fədakarlıq nümayiş etdirdilər. Onlar mürəkkəb döyüş şəraitində qarşıya qoyulan tapşırıqları əzmkarlıqla yerinə yetirərək sübut etdilər ki, ordunun əsl qüdrəti həm də əsgərin mənəvi gücündə, Vətəninə sədaqətində və qələbəyə sarsılmaz inamındadır. 

Vətən müharibəsinin hər günü Azərbaycan əsgər və zabitlərinin iradəsinin yeni bir sınağı idi. Onlar Qarabağın və Şərqi Zəngəzurun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Müharibənin başladığı ilk gündən – 2020-ci il sentyabrın 27-dən yalnız qalibiyyət xəbərləri ilə doğma xalqı sevindirdilər. İşğalçı Ermənistanın silahlı qüvvələrinə döyüş meydanında ağır zərbələr endirərək Qarabağın və Şərqi Zəngəzurun düşmən tapdağı altında qalmış ərazilərini azad etdilər.

Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndi şəhərindən müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğuladı ki. bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Dövlətimizin başçısı qeyd etdi ki,  bizi irəliyə aparan milli ruhumuz idi: “Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”.

Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin illərlə möhkəmləndirdiyi, alınmaz hesab etdiyi müdafiə xətlərini yararaq strateji əhəmiyyətli yüksəklikləri, yaşayış məntəqələrini bir-birinin ardınca azad etdi. Savaşın ilk günlərindən etibarən Azərbaycan Ordusu təşəbbüsü öz əlində saxladı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər istiqamətlərdəki uğurlar hərbi əməliyyatların gedişində ciddi dönüş yaratdı. Hər azad edilən kənd, qəsəbə və şəhər xalqımızın qələbəyə olan inamını daha da artırdı, cəbhədə vuruşan əsgər və zabitlərimizin döyüş əzmini yüksəltdi.

Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri Şuşa uğrunda aparılan döyüşlər oldu. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, tarixi və mənəvi yaddaşımızın ayrılmaz parçası olan Şuşanın azad edilməsinin müstəsna əhəmiyyəti vardı. Odur ki, Azərbaycanın qəhrəman oğulları olduqca mürəkkəb relyefə malik ərazidə, çətin hava şəraitində, dağlıq və meşəlik sahələrdən keçərək Şuşaya doğru irəlilədilər. Qayalıqları, sıldırım yolları aşan qəhrəman hərbçilərimiz xüsusi cəsarət, dözümlülük və peşəkarlıq nümayiş etdirdilər. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin döyüş hazırlığının, mənəvi gücünün və Vətən sevgisinin bariz nümunəsi oldu.

Azərbaycan 30 ilə yaxın torpaqlarını Ermənistanın işğalından danışıqlar yolu ilə azad etməyə səy göstərdi. Amma işğalçı dövlət və onun xarici havadarları münaqişənin həllində maraqlı olmadıqlarını göstərir, işğal müddətini uzatmağa çalışırdılar. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı: “Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı”.

Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibəni davam etdirməyin mümkünsüzlüyünü dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 10-dan etibarən bütün hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulurdu. Bu sənədin şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Beləliklə, üçtərəfli Bəyanatın imzalanması ilə Vətən müharibəsi başa çatdı. Bu, Azərbaycanın uzun illər davam edən işğala son qoymaq, ərazi bütövlüyünü bərpa etmək istiqamətində apardığı mübarizənin qələbə ilə başa çatması idi.

44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 

Bu gün azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə və Laçında həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzurun işğalı artıq tarixdə qalıb. Azərbaycan xalqı bu tarixi ibrət dərsi kimi heç zaman yaddan çıxarmayacaq. Vətən müharibəsində şəhid olan igidlərimizin əziz xatirəsini, qazilərimizin qəhrəmanlığını isə gələcək nəsillər şərəf və cəsarət nümunəsi kimi xatırlayacaqlar. 


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!