18 Mart 2025 14:49
490
DÜNYA
A- A+
Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib

Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib


Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlim keçirib.

AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimin keçirilməsində məqsəd komandirlərin və taktiki birləşmələrin döyüş hazırlığının, peşəkarlığının artırılması, asimmetrik təhlükələr şəraitində döyüş əməliyyatları keçirməyə hazırlığının yoxlanılmasıdır.

Üç mərhələdən ibarət komanda-qərargah təliminə səfərbərlik resursunun qəbulu məntəqələrinin yerləşdirilməsi, gəmilərin Aktau dəniz limanına daxil olması, bazaların və digər strateji əhəmiyyətli dəniz təsərrüfat fəaliyyəti obyektlərinin mühafizəsi və müdafiəsi daxildir.

Bundan əlavə, “şübhəli” gəmiyə baxış keçirilib və “təcili yardım” gəmisinə yardım göstərilib.

Təlimdə dəniz minalarına, yerüstü və hava hədəflərinə praktiki atışlar aparılıb. İntihar katerləri, pilotsuz uçuş aparatları və hava hücumu silahlarının müxtəlif vasitələrdən istifadə etməklə hücumlarının dəf edilməsi tapşırıqları yerinə yetirilib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!