07 Noyabr 2026 17:03
836
CƏMİYYƏT
A- A+
Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib


Noyabrın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Yerləşən “Gadenza – Baku” restoranında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında” adlı tədbir keçirlib.

Tədbirdə Qaradağ rayon İcra hakimiyyətinin başçısı Natiq Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Aydın Hüseynov, Milli Məclisin deputataı Zaur Şükürov, Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov, Qaradağ rayon Ağsaqqallar Şurasınnı sədri Ramin Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev tədbir iştirakçılarını möhtəşəm Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş əməliyyatlarını müasir hərbi texnikadan məharətlə istifadə edərək yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürüb və Zəfər qazanıb. Bununla da tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir. Bu gün qələbəmizin ildönümünü şəhidlərimizin xatirəsinə dərin ehtiram, ordumuza minnətdarlıq hissləri ilə qeyd edirik.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək qeyd edib ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik Vətən müharibəsində möhtəşəm Zəfərimizin ideoloji əsaslarını təşkil edib. Bu tarixi qələbə bütün dünya azərbaycanlıları tərəfindən həmişə yüksək qiymətləndiriləcək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq əbədi qalacaq və heç vaxt unudulmayacaq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, gənc nəsl üçün  rəşadət və qorxmazlıq nümunəsi olacaq.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Aydın Hüseynov bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranlara Azərbaycan dövləti tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb.

Millət vəkili Zaur Şükürov tarixi qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu cür tədbirlərin əhəmiyyətindən, müharibə veteranlarının və qazilərin gənc nəslin vətənpərvərlik tərbiyəsində oynadığı böyük roldan bəhs edib. Şəhidlərimizə rəhmət, şəhid ailələrinə səbr, qazilərimizə can sağlığı arzulayıb.

Tədbirdə çıxış edən Şəhid anası Zərifə Qədirova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıb. Onların xatirəsinin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.

Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov Azərbaycan xalqını böyük Zəfərə aparan yolun Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, eləcə də uğurlu xarici və daxili siyasəti ilə başladığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər nəticəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsinin böyük tarixi nailiyyət olduğunu vurğulayıb. 

Tədbirdə digər çıxış edənlər - Qaradağ rayon Ağsaqqallar Şurasınnı sədri Ramin Məmmədov və ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi veteranı Sahib Hüseynov dağıdılmış kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasının, doğma yurd-yuvalarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qaytrarılmasının dövlətimizin gücü, dövlət başçımızın uğurlu siyasəti və sarsılmaz xalq-ordu-rəhbər birliyi sayəsində həyata keçirildiyini vurğulayıblar. 

Tədbirdə bir qrup qaziyə YAP Qaradağ rayon təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələr, Yeni Azərbaycan partiyasına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim edilib.

Tədbir bədii proqarmla başa çatıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!