09 İyul 2025 08:40
1574
SİYASƏT
A- A+
Qarabağ yolu

Qarabağ yolu


Bizi təməli azadlıq, qardaşlıq, sülh olan bu yoldan heç bir qüvvə döndərə bilməz


Məqsədə, hədəfə çatmaq üçün seçilən yolun doğru, rahat və təhlükəsiz olması vacib şərtdir. Yol adi və sadə bir söz olsa da, özündə çox geniş mənaları ehtiva edir. Yol var könülləri birləşdirir, sevənləri qovuşdurur. Yol var kəndləri, şəhərləri, ölkələri bir-birinə bağlayır. Yol var əyridi, qaranlıq dalanlardan keçir, bəd niyyətlərə aparır.

Müqəddəs yol da var – haqq yolu. Xalqına, dövlətinə, millətinə, soyuna, kökünə sədaqət, bəşəri amallar uğrunda şərəfli mübarizə yolu. Azad, müstəqil yaşamaq istəyi, özgürlük yolçusu olmaq arzusu... Bu yollarda  nə qədər qurbanlar verdik, nə qədər  ağrı-acılar çəkdik, dözülməz məhrumiyyətlər yaşadıq. Xalqın önünə çıxıb ona doğru yol göstərənin qüdrəti, zəkası, müdrikliyi sayəsində bu keşməkeşli  yolları uğurla addımlayıb, sonda tarixi bir zəfərə qovuşduq. Simasız havadarlarının köməyi ilə ərazilərimizin 20 faizini 30 il işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edib, diz çökdürdük. Nankor düşmənlərimizin daş üstdə daş qoymadığı, xarabalıqlara çevirdiyi Qarabağ və Şərqi Zəngəzur indi başdan-başa yenidən qurulur. Kəndlər, şəhərlər yüksək zövqlə inşa edilir, yollar çəkilir, körpülər salınır. Azad nəfəs alan torpaqlarımızda əkin-biçin işləri aparılır.

Bərdədən Ağdama çəkilən dəmir yolu və avtomobil yolu bəlkə də Avropa standartlarından da üstündür. Hazırda Xankəndiyə, Şuşaya yeni yol çəkilişi sürətlə davam edir. İndi bütün bu yollar Qarabağa aparır desək, şübhəsiz, mübaliğə olmaz.  Tikilən, qurulan ərazilərimizə inşaat materialları daşıyan ağır yük maşınları xeyli vaxtdır ki, bu yolları əriş-arğac edir. Bu yollarda doğma yurduna, dövlətin qayğısı ilə yenidən tikilən, yaxud bərpa edilən evlərinə qayıdan soydaşlarımızın köç karvanları da gündən-günə intensivləşir.

Böyük məmnunluq doğuran reallıqdır ki, ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılmasına, müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Son illər bu istiqamətdə böyük işlər görülüb. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hava yolları da təhlükəsizdir. Laçında, Şuşada, Xankəndidə keçirilən möhtəşəm beynəlxalq tədbirlərə dəvət alan dövlət başçılarının, dünya liderlərinin təyyarələri indi Laçın və Füzuli hava limanlarına çox rahatlıqla eniş edirlər. Xoş niyyətlə gələn hər kəsə sevgi və ehtiramla qucaq açırıq.

Ərazilərimizin işğaldan azad edilməsi, müharibənin xarabalıqları üzərində xüsusi zövqlə yeni kəndlərin, şəhərlərin salınması, yeni və  müasir  sənaye müəssisələrinin qurulması, Avropa standartlarından geri qalmayan infrastrukturun yaradılması son dərəcə qururvericidir. Dünən döyüş meydanında düşmənə qan udduran vətən sevdalı igid oğullar bu gün Qarabağın və Şərqi Zəngəzurun tikilib qurulmasında gerçək hünər  göstərirlər. Dünən erməni faşistlərini diz çökdürən oğullar eyni ata-ananın övladlarıdır, eyni dövlətin vətəndaşlarıdır, eyni idealların daşıyıcılarıdır. Bu qəhrəman oğulların gücünü birləşdirib “dəmir yumruğ”a çevirən, yenilməz bir ordu yaratmağa nail olan, 44 günlük savaşda kəndlərin, şəhərlərin azad edilməsi sevincini sevimli və doğma xalqı ilə paylaşmaqdan xüsusi zövq alan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev üzərinə düşən şərəfli missiyanı uğurla reallaşdıraraq öz mübarək adını şanlı ənənələrə malik bir xalqın, azad, suverən və müstəqil bir dövlətin tarixinə qızıl hərflərlə yazmağı bacardı, milyonlarla könüldə özünə sonsuz sevgi, əbədi ehtiram, böyük xilaskar abidəsi ucaltdı.

Günümüzün reallığıdır ki, düzgün  seçilən yol bizi yeni zirvələrə aparır. Yüksəlişə, tərəqqiyə qovuşdurur, dünyada artmaqda olan nüfuzumuza yeni dividendlər gətirir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci  Zirvə görüşünün nəticələri çox mətləblərə aydınlıq gətirdi. Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev demişdir: “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad  edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şürasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Kongres Mərkəzində keçirilir”.

Dünyanın müxtəlif ölkələrindən  gəlmiş ali qonaqlar, dövlət və hökumət başçıları ECO-nun 17-ci Zirvə görüşündən zəngin təəssüratla döndülər. Qonaqlar Ermənistan quldurlarının törətdikləri vəhşiliklərin nəticələrini, dağıtdıqları kəndlərin, şəhərlərin xaraba  görkəmini öz gözləri ilə gördülər. Onu da gördülər ki, doğma yurdun bağrına amansızlıqla vurulmuş yaraları ən qısa zamanda sağaltmaq üçün xalq və dövlət necə böyük hünər göstərir, gerçək xariqələr  yaradır. Onun da şahidi oldular ki, Azərbaycanın tutduğu yol azadlıq, dostluq, qardaşlıq, əməkdaşlıq, bərabərlik, həmrəylik və sülh yoludur. Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz.


Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!