19 İyun 2025 19:16
409
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə görüş olub  

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə görüş olub  


İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramları daim genişlənir. Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən həmin proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlıq həyata keçirilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli nazirlikdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə keçirilən görüşdə bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Qarabağ və Şərqi Zəngəzurda sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunması və özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması işlərinin aparıldığını qeyd edib.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

İşğaldan azad olunan bölgələrdə sakinlərin məşğulluqlarının təmin edilməsi sahəsində işəgötürənlərlə birgə görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!