18 Fevral 2026 17:07
180
CƏMİYYƏT
A- A+
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub  

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub  


Fevralın 18-də “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2025-ci ilin ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən müdrik şəkildə davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün beynəlxalq aləmdə təsdiq olunması, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Ermənistan ilə sülh müqaviləsinin paraflanması qeyd olunub.

Xüsusilə vurğulanıb ki, 2026-cı ilin əvvəllərində ölkəmizə yüksək səviyyəli xarici qonaqların səfərləri baş tutmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi və dövlətimizin başçısının ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə qalib dövlətin qalib lideri kimi nüfuzlu beynəlxalq tədbirlər olan Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransında uğurlu və yüksək səviyyəli görüşlər keçirilib.

Mərasim zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı prokuroru” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

Müsabiqələrin nəticələrinə əsasən, “İlin ən yaxşı müstəntiqi” seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədova, “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Balakən rayon məhkəməsi üzrə) Gültac İsgəndərliyə və “İlin ən yaxşı prokuroru” seçilmiş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti Nazim Xəlilova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2025-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “ARB 24” xəbər telekanalının direktoru Radik İsmayılov, operativmedia.az xəbər portalının rəhbəri Fərrux Qocamanlı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya proqramları studiyasının redaktoru Südabə Cahangirli, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi proqramlar redaksiyasının ali dərəcəli rejissoru Rəhimə Mirzəyeva, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoqrafı Vüqar İbadov “Prokurorluğun dostu” mükafatı ilə təltif olunublar.

Təltif olunan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın bundan sonra da uğurla inkişaf etməsi naminə çalışacaqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub  

17:07
18 Fevral

NATO Baltik dənizində hərbi təlimə start verib  

17:03
18 Fevral

Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib  

17:03
18 Fevral

Müstəmləkəçiliyi əks etdirən dünyada ilk Virtual Muzey

17:01
18 Fevral

Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb  

17:00
18 Fevral

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib  

16:59
18 Fevral

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 2 dəfədən çox artıb  

16:58
18 Fevral

Prezident Ərdoğan: İrana qarşı hərbi əməliyyat regionda gərginliyi və qeyri-müəyyənliyi artıracaq  

16:51
18 Fevral

Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır  

15:42
18 Fevral

Volodimir Zelenski: Cenevrədə Ukrayna-Rusiya danışıqları artıq son mərhələyə çata bilərdi

15:39
18 Fevral

Kamran Əliyev: Prokurorluq orqanları ötən il yüksək peşəkarlıq və səmərəlilik nümayiş etdirib  

15:36
18 Fevral

Maksim Şevçenko: Vardanyan barəsində çıxarılan məhkəmə hökmü münaqişə tərəfdarlarına verilən siqnaldır  

15:34
18 Fevral

Şamil Ayrım: Biz mədəniyyətimizə sahib çıxaraq gənclərimizə də düzgün istiqamət verməliyik  

15:28
18 Fevral

Ramazan ayında necə qidalanmaq lazımdır?  

15:27
18 Fevral

Şəhid övladları qış düşərgəsində  

15:24
18 Fevral

Cenevrədə Rusiya, Ukrayna və ABŞ danışıqları davam edir

14:55
18 Fevral

“Bayraktar TB3” Baltik dənizinin sərt sınağından uğurla çıxıb  

14:54
18 Fevral

Gürcüstan polisi xüsusi əməliyyat keçirib, 97 nəfər həbs edilib  

14:39
18 Fevral

İran və Rusiya sabah birgə dəniz təlimləri keçirəcəklər  

14:08
18 Fevral

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında  

14:01
18 Fevral

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi imkanları müzakirə olunub  

13:26
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!