18 Fevral 2026 17:01
457
SİYASƏT
A- A+
Müstəmləkəçiliyi əks etdirən dünyada ilk Virtual Muzey

Müstəmləkəçiliyi əks etdirən dünyada ilk Virtual Muzey


Fevralın 18-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində müstəmləkəçilik irsi ilə bağlı elmi araşdırmalar aparan tədqiqatçılar, alimlər, habelə antropoloqlar iştirak ediblər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, antropoloq, “QaraSivilizasiya” Muzeyinin İdarə Heyətinin üzvü və “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu, eləcə də dekolonial tədqiqatlar üzrə multidisiplinar araşdırmaçı, “QaraSivilizasiya” Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro Virtual Muzey haqqında ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.

Qeyd olunub ki, layihənin əsas məqsədi müstəmləkə sisteminin təsirlərinə dair arxiv sənədlərini, foto və videomaterialları, eksponatları və digər vizual mənbələri ictimaiyyətə interaktiv formada təqdim etməkdir.

İngilis və fransız dillərində fəaliyyət göstərəcək muzey müstəmləkəçiliyi və onun müasir təzahürlərini tarixi, hüquqi, iqtisadi, sosial, mədəni və ekoloji aspektlərdə sistemli şəkildə əks etdirən rəqəmsal məlumat bazası olacaq.

Virtual Muzeydə kolonial idarəçilik modelləri, o cümlədən assimilyasiya siyasəti, yerli xalqların adət-ənənələrinə və həyat tərzinə müdaxilələr, mənəvi dəyərlərin və ictimai-mədəni institutların zəiflədilməsi, eləcə də kimlik və irsin sıradan çıxarılmasına yönəlmiş siyasətlər geniş şəkildə izah olunur.

Muzeydə, həmçinin müstəmləkə əleyhinə müqavimət hərəkatları, müstəqillik uğrunda mübarizənin əsas mərhələləri və bu proseslərin insan talelərində əksi yer alır. Qətlə yetirilmiş, zorakılığa məruz qalmış, qanunsuz həbs edilmiş və məcburi köçürülmüş şəxslərin fərdi hekayələri ziyarətçilərə çatdırılır.

Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində araşdırma aparan tarixçilər, politoloqlar, beynəlxalq hüquq üzrə mütəxəssislər və digər tədqiqatçılar üçün etibarlı mənbədir. Eyni zamanda, platforma ali təhsil müəssisələri, media nümayəndələri, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və analitik mərkəzlər üçün açıq resurs kimi nəzərdə tutulur. Layihə dekolonizasiya ilə bağlı qlobal müzakirələrə töhfə verməklə yanaşı, Azərbaycanın bu istiqamətdə fəal mövqeyini nümayiş etdirir.

Bakı Təşəbbüs Qrupu tərəfindən ərsəyə gətirilmiş Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platformadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!