24 Aprel 2024 17:58
170
CƏMİYYƏT
A- A+

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

 

Aprelin 24-də prokurorluğun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümü ilə əlaqədar yazıçının vaxtilə İçərişəhərdə yaşadığı - “Ədibin Evi” mədəniyyət ocağını ziyarət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva prokurorluq əməkdaşlarına XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib.

Yazıçının “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi əsərlərinin, həmçinin bir çox məşhur hekayələrinin bu evdə qələmə alındığı diqqətə çatdırılıb.

Ekskursiya çərçivəsində prokurorluq əməkdaşları Mir Cəlal Paşayevə aid şəxsi əşyalar və onun haqqında yazılmış kitablarla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video