04 May 2024 11:41
227
CƏMİYYƏT
A- A+

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Yəhudi Mədəniyyəti üzrə Memorial Fondun İcraiyyə Komitəsinin sədri Fernando Lottenberq ilə görüşüb.

DQİDK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycanda dövlət səviyyəsində tolerantlıq və multikulturalizm ənənələrinin inkişafına, o cümlədən İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərin mənsublarına göstərilən hərtərəfli diqqət və dəstəkdən bəhs edib. R.Məmmədov Azərbaycanda 8 yəhudi icmasının dövlət qeydiyyatına alındığını, habelə sinaqoq və məktəblərin fəaliyyət göstərdiyini bildirib.

Fernando Lottenberq ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük maraqla qarşılandığını diqqətə çatdıraraq respublikada əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasına göstərilən qayğını xüsusi vurğulayıb. O, ölkəmizdə yəhudi icmasının nümayəndələrinə göstərilən səmimi münasibəti, eləcə də heç vaxt antisemitizm hadisəsinin baş verməməsini Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri kimi məmnunluq hissi ilə qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video