04 May 2024 11:03
229
CƏMİYYƏT
A- A+

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Ramin Məmmədov Argentinanın etiqad işləri üzrə katibi Fransisko Sançez ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə rəhbərliyinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə qonağa ətraflı məlumat verən Ramin Məmmədov Azərbaycanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, cəmiyyətdə sülhün bərqərar olması üçün sözügedən istiqamətlərdə birgə əməkdaşlıq və dialoq çox önəmlidir. Azərbaycan bu qlobal məsələnin ümumbəşəri mənafelərə uyğun həllinə öz töhfəsini verir.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətinə diqqət çəkən R.Məmmədov işğaldan azad olunan torpaqlarımızda dağıdılan və yer üzündən silinən tarixi-dini abidələrdən, həmçinin hazırda aparılan bərpa-quruculuq işlərindən bəhs edib.

Fransisko Sançez öz növbəsində çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycanda tolerantlığın, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlərin qorunub saxlanılmasını, eləcə də təbliğini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video