13 Avqust 2026 15:55
3189
SİYASƏT
A- A+
Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  


Naxçıvan Muxtar Respublikası əsrlər boyu Azərbaycanın strateji qalası, zəngin mədəniyyət və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biri olub. Uzun illər mürəkkəb geostrateji şəraitdə və coğrafi təcrid vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublika öz mərdliyi, möhkəm iradəsi və potensialı ilə ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, nəhəng infrastruktur layihələri, idarəetmədə müasir yanaşmalar və islahatlar Naxçıvanı nəinki dayanıqlı inkişaf diyarına, həm də regionun mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevirir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu inkişaf mərhələsinin konturlarını, gələcək hədəfləri və strateji baxışı nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.

K.Bayramov qeyd edib ki, Naxçıvanın spesifik coğrafi mövqeyi və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması buranın müdafiə potensialının artırılmasını prioritetə çevirir. Əlahiddə Ümumqoşun Ordunun ən müasir texnika ilə təchiz edilməsi və yeni Komando qüvvələrinin yaradılması muxtar respublikanın təhlükəsizliyinin zəmanətidir. Bu diyardan keçəcək Zəngəzur dəhlizi Naxçıvanı təkcə Azərbaycanın əsas hissəsi ilə birləşdirən yol deyil, həm də Avrasiya nəqliyyat şəbəkəsinin mühüm halqasıdır. Vaşinqton Zirvə Görüşündə verilən qərarlar və TRIPP layihəsi çərçivəsində atılan addımlar dəhlizin qısa zamanda istifadəyə veriləcəyini göstərir.

“Naxçıvanın bərpaolunan enerji imkanlarının səmərəli istifadəsi və onun regional enerji sistemlərinə qoşulması strateji əhəmiyyətə malikdir. Belə ki, bu bölgə artıq yalnız özünün elektrik tələbatını qarşılayan ərazi deyil, mühüm enerji ixracatçısına çevrilə biləcək regiondur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, muxtar respublikada Günəş enerjisi hesabına elektrik istehsalının həcmi ilkin mərhələdə 500 meqavatdan çox, potensial olaraq isə 1000 meqavata qədər çata bilər. Bu baxımdan əsas diqqət istehsal olunacaq enerjinin xarici bazarlara çıxarılması imkanlarına yönəlməlidir. İxrac məsələsinin həlli üçün müvafiq ölkələrin aidiyyəti qurumları ilə danışıqlar aparılır. Bununla yanaşı, mövcud elektrik ötürücü infrastrukturunun gücləndirilməsi zəruridir. Uzunmüddətli perspektivdə isə Naxçıvanda istehsal olunan yaşıl enerjinin Avropa bazarlarına çıxarılması əsas məqsədlərdən biridir”, - deyə parlamentari əlavə edib.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının tapşırığı ilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya əsasında inkişaf etdirilir. Qarabağda özünü doğruldan Prezidentin Xüsusi Nümayəndəliyi institutunun Naxçıvanda tətbiqi, şəhərin yeni Baş planının hazırlanması və Sənaye Parkının yaradılması bu yanaşmanın nümunələridir. Paralel olaraq sosial obyektlərin, nəqliyyat sisteminin, suvarma şəbəkəsinin yenilənməsi əhalinin həyat keyfiyyətini yaxşılaşdıracaq. Bu səfər, ilk növbədə, dövlətimizin başçısının Naxçıvana göstərdiyi xüsusi diqqətin, həmçinin milli həmrəyliyin nümayişidir. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən infrastruktur və enerji layihələri regionu yeni inkişaf mərhələsinə çıxarır. Eyni zamanda, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması bölgəni Türk dünyasının inteqrasiyasında mühüm strateji körpü roluna çevirir.

“Ümumilikdə Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın təhlükəsizlik, yaşıl enerji və qlobal logistika sahələrində yeni dövrə qədəm qoyduğunu göstərir. Bütün bu kompleks tədbirlər Naxçıvanın daxili potensialını maksimuma çatdırmaqla yanaşı, bölgəni Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət xəritəsində aparıcı qovşaqlardan birinə çevirəcək”, - deyə K.Bayramov fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!