14 Avqust 2026 16:55
1133
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri ilk baxışdan sosial-iqtisadi inkişaf, infrastruktur və yeni layihələrin təqdimatı ilə müşayiət olunan növbəti səfərlərindən biri kimi görünə bilər. Lakin səfərin proqramına, Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibəyə və səfərdən dərhal sonra qəbul edilmiş qərarlara kompleks şəkildə nəzər saldıqda, bunun daha geniş siyasi və geostrateji məzmun daşıdığı görünür. Bu, dövlətimizin başçısının Naxçıvana Prezident kimi 17-ci səfəri idi. Prezident özü də müsahibəsində vurğuladı ki, hər bir səfər konkret nəticələrlə müşayiət olunub və muxtar respublikanın inkişafı bundan sonra da davam etdiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, müstəqillik tariximizdə Naxçıvanın xüsusi siyasi və strateji əhəmiyyəti həmişə olub. Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı düşməsi muxtar respublikanı həm təhlükəsizlik, həm enerji, həm də nəqliyyat baxımından xüsusi yanaşma tələb edən əraziyə çevirib. Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlardan görünür ki, artıq əsas məqsəd Naxçıvanın mövcud problemlərinin aradan qaldırılması ilə kifayətlənmək deyil. Məqsəd Naxçıvanı gələcək regional proseslərin fəal iştirakçısına çevirməkdir. Bu baxımdan səfər çərçivəsində hərbi təhlükəsizlikdən enerjiyə, sənayedən nəqliyyata, sosial siyasətdən şəhərsalma və mədəni irsə qədər bütün sahələrin eyni proqram daxilində təqdim edilməsi təsadüfi deyil. Bu, vahid inkişaf konsepsiyasının formalaşdırıldığını göstərir.

Y.Hacızadə qeyd edib ki, səfərin ən mühüm istiqamətlərindən biri muxtar respublikanın enerji təhlükəsizliyi məsələsi idi. Naxçıvanın enerji sisteminin inkişafı artıq sadəcə daxili tələbatın ödənilməsi məsələsi deyil. Dövlətimiz Naxçıvanı gələcəkdə elektrik enerjisi istehsal edən və müəyyən həcmdə enerji ixrac edən mərkəzə çevirməyə çalışır. Buna görə Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının və 600 hektardan artıq ərazidə gələcəkdə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılmasının nəzərdə tutulduğunu açıqladı. Çünki burada söhbət yalnız Naxçıvanın elektriklə təmin edilməsindən getmir. Məqsəd Naxçıvanı regional enerji sisteminə inteqrasiya etməkdir.

Politoloqun fikrincə, səfərin ən böyük geosiyasi mesajı isə Zəngəzur dəhlizi ilə bağlı Prezidentin açıqlamaları olub. Dövlətimizin başçısı Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasının çoxdankı məqsəd olduğunu qeyd etdi. Həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanıldığını, bu layihənin tezliklə həyata keçirilməsinin gözlənildiyini və Naxçıvanın Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olmaqla yanaşı, gələcəkdə Şimal-Cənub marşrutunun da əlavə bağlantısına çevrilə biləcəyini diqqətə çatdırdı. Bu məqam Naxçıvanın artıq yalnız Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında nəzərdən keçirilmədiyini göstərir. Naxçıvan layihəsi Orta Dəhliz marşrutunun davamı olaraq Uzaq Şərqin Avropaya çıxışı üçün ən etibarlı, qısa və şaxələnmiş yoluna çeviriləcəyindən xəbər verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!