15 Avqust 2026 08:15
1775
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, Avropanın bir sıra media qurumları dövlətimizin başçısının Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək və Avropa bazarına çıxmaq niyyəti barədə fikirlərinə geniş yer verib.

Çexiya Dövlət Televiziyası - CT24, Bolqarıstanın "Banker", "3E-News", Bosniya və Herseqovinanın Serb Respublikasının Xəbər Agentliyi (SRNA) və "Provjereno.info", Ukraynanın maliyyə və biznes sahəsində yayımlanan "Fixygen.ua" və "Open4Business" nəşrləri, Yunanıstanın Dövlət Yayım Korporasiyası (ERT News), iqtisadiyyat və biznes sahəsində xəbərlər yayan "Oikonomikos Tachydromos" (Ot.gr) nəşrlərinin materiallarında Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyəti diqqətə çatdırılıb. Xəbərlərdə mövcud elektrik bağlantılarının Gürcüstan və Türkiyə üzərindən keçdiyi, gələcəkdə isə yeni ötürmə xətlərinin və sualtı kabel layihələrinin imkanların genişləndirilməsinə xidmət edəcəyi bildirilir.

Xarici media Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə bilməsi və Azərbaycandan Naxçıvana Ermənistan üzərindən elektrik xəttinin çəkilməsi ilə bağlı açıqlamalarını da geniş işıqlandırıb. Bu mövzuya əsasən Səudiyyə Ərəbistanında yayımlanan və Yaxın Şərqin aparıcı ingilis dilli nəşrlərindən olan "Arab News" nəşri, habelə "Ahval.sa" portalı, Bolqarıstanın Dövlət İnformasiya Agentliyi (BTA), "Novini247.bg", "Fakti.bg" nəşrləri, Fransada maliyyə və iqtisadiyyat sahələrində aparıcı nəşrlərdən olan "Boursorama.com" portalı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Nabd" xəbər platforması, Rusiyanın "RusCable.ru", "Russia Today" kanalının ərəbdilli versiyası, "The Moscow Times", "News.ru", Dünya Enerji İcmalı (MEO.ru) kimi media qurumları diqqət ayırıb. Məqalələrdə dövlətimizin başçısının Ermənistandan keçməklə Naxçıvana elektrik xəttinin (LEP) çəkilməsi layihəsinin artıq hazır olması barədə açıqlaması diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin bu xəttin hətta böhran vəziyyətlərində Ermənistanın enerji sisteminin sabitliyinə də kömək edə və bu ölkəyə elektrik enerjisi təminatı yarada biləcəyi fikri xüsusi vurğulanıb.

İranın "Təsnim", "Mashregh News", "Akharin Khabar" agentliklərinin materiallarında isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi və İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısı ilə bağlı fikirləri ön plana çəkilib. Məqalələrdə bu nəqliyyat əlaqələrinin Azərbaycanın prioritetləri sırasında olduğu qeyd edilir. Rusiyanın "Ritm Eurasia" nəşri də Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilə biləcəyinə dair fikirlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər qonşu Gürcüstan mediası tərəfindən xüsusilə diqqətdə saxlanılır. Dövlətimizin başçısının Ermənistandakı Metsamor Atom-Elektrik Stansiyasının bağlanmasının zəruriliyi barədə fikirləri Gürcüstanın "Interpress News" və "News Hub" portalları tərəfindən geniş işıqlandırılıb. Bu xəbərlərdə Azərbaycan Prezidentinin Ermənistandakı köhnəlmiş Metsamor Atom-Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı xəbərdarlığına yer verilib. Gürcüstan nəşrləri Prezident İlham Əliyevin stansiyanın köhnəldiyi və bütün regiona böyük ekoloji və təhlükəsizlik riski yaratdığı üçün tezliklə bağlanmalı olduğu barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

Gürcüstan "1TV.ge", "Resonance Daily", "Prime Time", "Bizzone.info", "Sputnik Georgia" nəşrlərinin materiallarında dövlətimizin başçısının Azərbaycanın Avropaya elektrik enerjisi ixracında Gürcüstan və Türkiyə ərazisindəki mövcud marşrutun əhəmiyyəti, habelə regiondakı nəqliyyat və enerji əlaqələri ilə bağlı fikirləri diqqətə çatdırılıb.

Bu ölkənin "ÆAM News" nəşri isə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsinə dair daha geniş icmal təqdim edib. Materialda Naxçıvanda sənaye parkının yaradılması, günəş və istilik-elektrik stansiyaları, regionun enerji potensialı, Zəngəzur dəhlizi, nəqliyyat infrastrukturu və Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilməsi perspektivləri əksini tapıb.

Rusiyanın "Interfax", "Kommersant", "RIA Novosti", "The Moscow Times", "News.ru", "RusCable" və "Vestnik Kavkaza" kimi media qurumlarının materiallarında əsasən dövlətimizin başçısının elektrik enerjisinin ixracı, Azərbaycan-Naxçıvan elektrik bağlantısı, regional nəqliyyat layihələri və Azərbaycanın Avropa enerji bazarında rolunu genişləndirmək niyyəti ilə bağlı açıqlamalarına yer verilib.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın enerji ixracı, Naxçıvanın enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizi və regional əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media məkanında geniş əks-səda doğurmaqda davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!