Prezident İlham Əliyev klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət «Rabitə» voleybol klubunun üzvlərini qəbul etmişdir
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət "Rabitə" voleybol klubunun üzvlərini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV qazanılmış qələbə münasibətilə voleybolçuları təbrik edərək dedi:
- Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. "Rabitə" voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanmışdır. Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən bilirəm ki, "Rabitə" komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq etmişdir. Keçən Avropa Çempionlar Liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir.
Bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir. Çox gözəl ənənələr vardır. Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də vardır. Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, "Rabitə" komandası ən yüksək zirvəni fəth etmişdir.
Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün idman azarkeşlərini, Azərbaycan xalqını sevindirmisiniz. Bizim idmanla bağlı bütün təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu böyük qələbədir. Həm klubu, həm federasiyanı, idman mütəxəssislərini təbrik edirəm. Bu, ümumi qələbədir, əlbəttə ki, ilk növbədə, oyunçuları təbrik edirəm.
"Rabitə" klubunun kapitanı Nataliya MƏMMƏDOVA müxtəlif yarışlarda voleybolçulara verdiyi dəstəyə və bütövlükdə Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdırdı. Qeyd etdi ki, komandanın uğuru bütün Azərbaycanın uğurudur. "Rabitə" komandasının dünya voleybol klubları arasında birinci yeri tutması isə voleybolçuların Azərbaycan idmanına töhfəsidir.
Komandanın kapitanı üzərində klub üzvlərinin imzası olan topu Prezident İlham Əliyevə hədiyyə etdi.
Dövlətimizin başçısı voleybolçularımızın müxtəlif dünya miqyaslı yarışlarda uğurla çıxış etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın voleybol ənənələrindən danışarkən bildirdi ki, on bir il bundan əvvəl ölkədə yalnız bir voleybol klubu vardı, indi isə ölkə çempionatında yeddi güclü komanda iştirak edir. "Rabitə" klubunun qazandığı qələbə isə beynəlxalq miqyaslı komanda yarışlarında əldə edilən ən böyük nəticədir. Bu, onu göstərir ki, ölkəmizdə voleybol dünya səviyyəsindədir.
Voleybol üzrə milli komandanın baş məşqçisi Faiq QARAYEV Azərbaycan voleybolunda uğurların təməlinin məhz dövlətimizin başçısı tərəfindən qoyulduğunu vurğuladı. O, Prezident İlham Əliyevin idmançılarla daim təmasda olmasını, onlara verdiyi dəstək və tövsiyələrin qazanılan qələbələrə xüsusi stimul verdiyini söylədi.
Faiq Qarayev voleybol üzrə milli yığma komandanın planları barədə də dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev bildirdi ki, idmanda əldə edilən uğurlar, həmçinin çoxlu sayda müasir olimpiya idman komplekslərinin istifadəyə verilməsi ölkəmizdə yüksək səviyyəli yarışların keçirilməsinə geniş imkanlar açmışdır. Bu yaxınlarda Bakıda keçirilən boks üzrə dünya çempionatına toxunan dövlətimizin başçısı bildirdi ki, yüzdən çox ölkənin təmsil olunduğu yarışların yüksək səviyyədə təşkili bunu sübut etdi.
Prezident İlham Əliyev klubun üzvlərini bir daha təbrik etdi.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!