04 May 2024 09:10
283
DÜNYA
A- A+

Təhlükəsizlik təmin olunacaqmı?

 

Paris 2024-cü il Yay Olimpiya Oyunları ərəfəsində problemlərdən qurtula bilmir

 

Bu gün dünyada Fransa prezidenti Emmanuel Makrondan daha acınacaqlı vəziyyətdə olan insan tapmaq çətindir. O, apardığı səriştəsiz daxili və xarici siyasətə görə daim tənqidlərə və təhqirlərə məruz qalır, üstəlik Yay Olimpiya Oyunları ərəfəsində "Olimpiadaya hazırlıqla bağlı hər şey qaydasındadır", - deyərək daim çətin suallardan yayınmağa məcbur olur. İş o yerə çatıb ki, oyunların açılışının harada, dəqiq hansı məkanda keçiriləcəyi hələ də bəlli deyil. 
Təşkilat komitəsi və polis prefekturası, eləcə də təhlükəsizlik xidmətləri məşhur Paris barjalarının nümayəndə heyətləri ilə Sena boyunca təmtəraqlı keçidinin təhlükəsiz olduğuna qətiyyən əmin deyillər.
B ssenarisi - Eyfel qülləsindən çox uzaq olmayan və Sena çayına yaxınlıqda yerləşən Trokadero variantı da təhlükəsizliyə görə şübhələr doğurur. 
Fransa paytaxtının cinayətə ən çox meyilli şəhərətrafı ərazisi olan Sen-Denidə yerləşən "Stad de Frans" stadionunda açılış ssenarisi də var...
Təbii ki, oyunların keçirilməsinə məsul olan hər kəs bildirir ki, "hər şey yaxşıdır" və dünya bundan daha ideal, gözəl və təmtəraqlı bir şey görməyəcək.
Bununla belə, sağlam düşüncəli insanların buna bəzi şübhələri var. Məsələn, "Stad de Frans"a gəlincə, orada elə bir "təhlükəsizlik" var ki, siz maşınla gəlib, ən yaxşı halda velosipedlə qayıda bilərsiniz. Çünki avtomobiliniz qısa bir vaxtda oğurlana bilər. 
Trokaderoya gəlincə, bütün Fransa bilir ki, orada praktiki olaraq hər şeyi, o cümlədən qadağan olunmuş narkotik və psixotrop maddələri satışa çıxaran açıq hava supermarketi var. Parisin havasını sinəsinə çəkməyə gələn turistlərin orada, əksinə baş-beyinlərinin dumanlanması ehtimalı az deyil.
Bunlara xoşagəlməz hal kimi ölkənin bütün dünyanın diqqətini çəkdiyi anda tətillərin başlaması əlavə olunmalıdır.
Olimpiada müddətində məzuniyyətə çıxan polisləri işdə saxlamaq üçün onların həyat planlarında dəyişikliklərə görə kompensasiya kimi mükafatlar və bonuslar vəd olunduqdan sonra nəqliyyat işçiləri da maaşlarının artırılmasını tələb ediblər. Özü də yalnız yarışların keçiriləcəyi müddətdə yox, təqaüdə çıxana qədər.
İndi növbə zibil yığışdıranlarındır. Bir gün əvvəl məlum olub ki, əgər onlar daha çox əməkhaqqı və yaxşılaşdırılmış iş şəraiti əldə etməsələr, vaxtından əvvəl etiraz aksiyalarına başlayaraq Olimpiada boyu tətil edəcəklər. 
Beləliklə, Parisin havası həm də yığılmamış tullantıların qoxusunun yeni çalarlarını alacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video