15 Avqust 2026 18:13
3743
SİYASƏT
A- A+
Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  


Son bir neçə gün ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb.

Məlumat üçün deyək ki, Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində avqustun 12-də mina partlayışı hadisəsi baş verib.

Qazax rayon sakini Elçin Abbasovun idarə etdiyi buldozerin minalardan təmizlənməmiş ərazidə minaya düşməsi nəticəsində Tovuz sakinləri Sənan Fərəcov və Fuad Əhmədov xəsarət alıblar. Avqustun 13-də isə bənzər hadisə Kəlbəcərdə baş verib və minalanmış zonada mal-qara otaran Tərtər sakini Kamran Süleymanov mina partlayışı nəticəsində yaralanıb.


İki dövlət qurumunun bəyanatı və statistika


Baş verən hadisələrdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu ayrı-ayrılıqda bəyanat yayıb.

Azərbaycan XİN “X” hesabında mina insidentlərini münaqişənin acı fəsadlarının hələ də insan təhlükəsizliyinə ciddi təhdid yaratması kimi xarakterizə edib. XİN-in açıqlamasına əsasən, bu problem həm ərazilərin yenidən qurulması və bərpasını ləngidir, həm də keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz dönüşünə maneə törədir.

Baş Prokurorluq mina partlayışları üzrə faktların qanunvericiliyin tələblərinə uyğun olaraq təhqiqat predmeti olduğunu bildirib. Bununla yanaşı, müvafiq ərazilərə səfər edən şəxslərə yalnız təyin olunmuş təhlükəsiz marşrutlardan istifadə etmələri üçün xəbərdarlıq olunub. Baş Prokurorluq xəbərdarlıq nişanlarının tələblərinə və səlahiyyətli dövlət strukturlarının tövsiyələrinə ciddi əməl edilməsini bir daha diqqətə çatdırıb.

Bildirək ki, Vətən müharibəsindən sonra, 2020-ci il noyabrın 10-dan etibarən, postmüharibə dövründə baş verən mina partlayışları nəticəsində zərərçəkənlərin ümumi sayı 436 nəfər təşkil edir. Qeyd olunan dövr ərzində 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli fiziki xəsarətlər alıb.


Hüquqi məsuliyyət


Azərbaycan ərazilərinin işğal dövründə kütləvi şəkildə minalanması Ermənistanın üzərinə hüquqi, maddi və mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət beynəlxalq sənədlərlə müəyyən edilmiş prinsiplərə əsaslanır.

Mina təhlükəsizliyi və minalardan istifadənin məhdudlaşdırılması bir sıra beynəlxalq sənədlə tənzimlənir.

Müəyyən Konvensional Silahlar haqqında Konvensiya minaların hərbi məqsədlərlə istifadə qaydalarını tənzimləyərək onların tətbiqinə məhdudiyyətlər qoyur.

Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsini qadağan edən əsas beynəlxalq müqavilədir.

1949-cu il Cenevrə Konvensiyaları və onun Əlavə Protokolları mülki şəxslərin həyatının müharibə və onun qalıqlarından qorunmasını əhatə edir.

Ermənistanın mina xəritələrini təqdim etməməsi, beynəlxalq humanitar hüququn əsas tətbiqi prinsiplərindən biri olan hədəfi fərqləndirmə prinsipini pozur. Qeyd edək ki, fərqləndirmə prinsipi 1977-ci il I Əlavə Protokolun 48-ci maddəsinə əsasən müəyyən edilir. Bu maddəyə əsasən, tərəflər həmişə və mütləq şəkildə bu iki qrup arasında fərq qoymalıdırlar: Mülki insanlar və hərbçilər arasında, hərbi obyektlər və mülki obyektlər arasında.


Prezident İlham Əliyevin böyük təşəbbüsü


Azərbaycan bu sahələrdə humanitar prinsiplərə sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə yeni təşəbbüs irəli sürüb.

Təşəbbüs BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinin (DİM) gündəliyinin elan olunması ilə bağlıdır. Bildirək ki, DİM-in 17 məqsədi var.

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”, - deyə Azərbaycan Prezidenti Zirvə görüşündə bildirib.

Bu təşəbbüs ölkənin postmünaqişə dövründəki milli prioritetlərində humanitar aspektlərə yüksək dəyər verməsi kimi qiymətləndirilə bilər. Təşəbbüs işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu, insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

Cari il iyulun 13-17-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edərək ölkəmizin 2030 Gündəliyinə və qlobal dayanıqlı inkişafa sadiqliyini təsdiqləyib.

Fariz Rzayev minatəmizləmə fəaliyyətinin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirildiyini bəyan edib. O, işğaldan azad olunan ərazilərdəki minaların bərpa işlərinə və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi əngəl törətdiyini diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycan humanitar məsələlərə çox geniş rakursdan baxır və onların həlli üçün yüksək səviyyəli təşəbbüslər irəli sürür.

Lakin mürəkkəb təhlükəsizlik və mina xəritələrinin tam təqdim olunmaması kimi faktorlar prosesdə maneələr yaradır ki, bunun da məsuliyyəti vaxtı ilə işğal siyasəti həyata keçirən tərəfin üzərinə düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!