08 İyul 2025 09:45
507
SİYASƏT
A- A+
Paşinyan-kilsə qarşıdurması gərginləşir

Paşinyan-kilsə qarşıdurması gərginləşir


Baş nazir II Qaregini dövlət çevrilişinə dəstəkdə ittiham edir


Paşinyan-kilsə qarşıdurması son zamanlar yeni mərhələyə adlayıb. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusilə kilsənin rəhbəri II Qareginə qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə buna qarşı çıxır. 

N.Paşinyan "Feysbuk" hesabında paylaşıb ki, əgər Ktriç Nersisyan (II Qaregin - red.) Vazgen Qalstanyanın (Baqrat) və Gevorq Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, o, adıçəkilən şəxslərin ideologiyasını və ölkədə hərbi çevriliş etmək, insanları küçələrdə güllələmək, xaos yaratmaq planlarını dəstəkləyir: "Belə olduğu təqdirdə, Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan heç bir ərazi hüquq-mühafizə orqanlarının fəaliyyətindən kənarda qala bilməz. Xüsusilə də ona görə ki, Ktriç və bir neçə digər şəxsin sayəsində həmin ərazilər əxlaqsız davranışlar üçün hələ də əlverişlidir".

Paşinyan artıq bir müddətdir ki, kilsə rəhbərliyini dövlət işlərinə müdaxilədə və siyasi dairələrlə gizli əməkdaşlıqda ittiham edir. Onun fikrincə, Ermənistan Apostol Kilsəsi, xüsusən də hazırkı katolikos cəmiyyətin demokratik inkişafına mane olur və keçmiş hakimiyyətlərlə sıx əlaqədə qalmaqda davam edir.

Ekspertlər bildirirlər ki, Paşinyan bu bəyanatı xalqla kilsə arasındakı münasibətləri sarsıtmaq məqsədilə verib. Xüsusilə gənc nəslin kilsəyə olan münasibətindəki dəyişiklik və dinin siyasi nüfuzunun azalması fonunda bu cür çağırışlar cəmiyyətdə müəyyən dəstək qazana bilər.

"Hraparak" nəşri yazıb ki,  bir tərəfdən iqtidar nümayəndələri müxalifətə, kilsəyə və özlərinin siyasi kursuna qarşı çıxanların hamısına qarşı müharibə aparır, digər tərəfdən isə komandadaxili çəkişmələrin pik həddə çatdığı haqda xəbərlər yayılır. Amma səbəb kilsəyə qarşı kampaniya və baş nazirin söyüş dolu statusları deyil, sentyabrda gözlənilən "Vətəndaş Müqaviləsi" partiyasının konfransı, yeni, daha əhatəli idarə heyətinin seçkiləri və 2026-cı il seçkilərindən sonra hökumət vəzifələrinin yenidən bölüşdürülməsi məsələsidir. 

Müəllif bildirib ki, bu fonda parlamentin spikeri vəzifəsi üçün güclü rəqabət var. Bunun üçün komandada iddialılar da az deyil: "Tiqran Avinyana qarşı da əks-təbliğat aparılır. Bunun himayədarı Paşinyandır. Paşinyan Avinyanı öz qulluqçuları vasitəsilə idarə heyətindən uzaqlaşdırmağa çalışır və bu, çətin ki, uğur qazansın. Pis imicinə görə reytinqi aşağı olan Suren Papikyanı da istəməyənlərdən ibarət böyük ordu var, amma Paşinyan taxta iddialı olmasın deyə onu kölgədə saxlayır. Bu kontekstdə hakim partiya üzvləri istisna etmirlər ki, yaxın vaxtlarda bəzi tanınmış dövlət məmurları, onların əxlaqsız şəxsi həyatları, sui-istifadələri, korrupsioner sövdələşmələri ilə bağlı gözdən salan informasiyalar meydanlara atılacaq". 

Erməni siyasi texnoloq Vigen Hakopyan deyib ki, Samvel Karapetyan faktoru, əslində, indi Erməni Apostol Kilsəsi ətrafında baş verən hadisələrlə birlikdə nəzərdən keçirilir. Onun sözlərinə görə, erməni iş adamı Samvel Karapetyanın qısa müsahibəsindəki ifadələrin heç biri hakimiyyətin iddia etdiyi "çağırış" ifadəsinə uyğun gəlmir.

Hakopyan Erməni Apostol Kilsəsi ətrafında baş verənlərlə paralel olaraq Samvel Karapetyan amilini neytrallaşdırmaqla bağlı Ermənistan hakimiyyətinin davranışlarına da toxunaraq qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyəti Samvel Karapetyan və Erməni Apostol Kilsəsinin birliyindən qorxuya düşüb.  Qeyd edib ki, bu birlik hakimiyyət üçün çox təhlükəlidir: "Samvel Karapetyan-Erməni Apostol Kilsəsi birliyi hakimiyyət üçün çox təhlükəlidir, çünki iqtidaryönlü çevrədən kənarda böyük bir seqment üçün danılmaz birlikdir". 

Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövrdə daha çətin günlərin gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!