Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası təşkil edilib
Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasiyentlər və onların ailə üzvləri ilə görüşüb.
Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz və orada müalicə alan pasiyentlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki, fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan, Pakistan Prezidentinin və birinci xanımının da ziyarət etdiyi mərkəzin, eyni zamanda, xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb.
Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun talassemiya xəstələri üçün ölkəmizdə və xaricdə ciddi işlər gördüyünü, Talassemiya Mərkəzinə təqdim ediləcək tibbi ləvazimatların, ərzaq paketlərinin və hədiyyələrin də məhz fondun dəstəyi ilə təmin edildiyini bildirib.
Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin Azərbaycanın Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını bildirən səfir fondun sosial və humanitar layihələrinin Pakistanın bütün əyalətlərində davamlı həyata keçirildiyini qeyd edib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisəsinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı, hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmadığını, onlar üçün iftar yeməkləri verdiyini, hədiyyələr təqdim etdiyini vurğulayıb. Ötən il Pakistan Prezidentinin və birinci xanımının da Prezident Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə kimsəsiz və qüsurlu uşaqlar üçün verilmiş iftar yeməyinə qoşulduqlarına görə Talassemiya Mərkəzinin pasiyentlərinə təşəkkür edən səfir pandemiya ilə əlaqədar iftar yeməklərinin verilməsinin bu il təəssüf ki, mümkün olmadığını, lakin fondun digər xeyriyyə aksiyalarının davam edəcəyini bildirib. Ə.Əlizadə fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələrin Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət etdiyini bildirib. Sonda fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi maskalar, eləcə də Talassemiya Mərkəzinin pasiyentləri üçün hazırlanmış ərzaq paketləri və uşaq oyuncaqları təqdim edilib.
Mərkəzin baş administratoru Aftab Hüseyn Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrin davamlı xarakter aldığını vurğulayıb, Talassemiya Mərkəzinə təqdim edilən qan kisələri, tibbi maskalar, həmçinin ərzaq paketləri və hədiyyələrə görə fonda və onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!