01 Sentyabr 2025 11:17
4965
Məktublar
A- A+
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Hörmətli Şavkat Miromonoviç,

Əziz Qardaşım,

Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin çoxşaxəli fəaliyyətinizin, uzaqgörən siyasətinizin, Vətənə və xalqa şərəfli xidmətinizin nəticəsidir.

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlarımız arasında formalaşmış qardaşlıq əlaqələrinin xoş ənənələrini özündə bariz şəkildə əks etdirir.

Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynayır. İyul ayında Sizin Azərbaycana dövlət səfəriniz ikitərəfli münasibətlərimizin müttəfiqlik xarakterini bir daha təsdiqlədi. İnanıram ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfələr verəcəkdir.

Biz qardaş Özbəkistan ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın, etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır.

Əminəm ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Hörmətli Şavkat Miromonoviç,

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

Fransada liseylərdə mobil telefon qadağası başlayır

16:13
26 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:08
26 Avqust

Alimlər ilk dəfə kvant batareyası prototipini yaradıblar

16:06
26 Avqust

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir  

16:01
26 Avqust

Sabirabadda istehsalın tempi sürətlənir: 6 ayda 3,3 milyon manatlıq məhsul

15:59
26 Avqust

İtmiş keçisini axtarırdı qızıl tapdı

15:36
26 Avqust

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq  

15:26
26 Avqust

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

15:22
26 Avqust

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

15:17
26 Avqust

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

15:16
26 Avqust

“Babək” yenidən dənizə çıxır

15:07
26 Avqust

ABİF-in reytinqi “BB” səviyyəsində saxlanılıb

14:34
26 Avqust

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

14:33
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!