07 Oktyabr 2026 15:19
327
SİYASƏT
A- A+
Öz gücünə söykənən Azərbaycan  

Öz gücünə söykənən Azərbaycan  


Azərbaycanın müstəqillik yolu asan olmayıb. İlk illərdə müharibə, işğal, iqtisadi böhran, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan qarşısındakı çətinlikləri öz imkanlarına arxalanaraq dəf edib. Sonrakı illərdə güclü iqtisadiyyatın qurulması, ordunun müasir tələblərə uyğun formalaşdırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası uğurlu dövlət siyasətinin nəticəsidir.

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizin keçdiyi bu yolun mahiyyətini bir daha diqqətə çatdırdı: “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

Bu reallıqların yaranmasına aparan yol isə nə qısa, nə də asan olub. Azərbaycan təxminən 30 il ərzində ərazilərinin işğalı faktı ilə yaşamaq məcburiyyətində qalıb. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, verilən bəyanatlar və aparılan uzunmüddətli danışıqlar işğalın aradan qaldırılmasını təmin etmədi. Münaqişənin həlli üçün yaradılmış mexanizmlər illər keçdikcə nəticəsiz diplomatik prosesə çevrilirdi. Azərbaycan isə bu müddəti yalnız gözləməklə keçirmədi. İqtisadi imkanlar genişləndirildi, ordumuz gücləndirildi, müdafiə sənayemiz formalaşdırıldı, beynəlxalq tərəfdaşlıqlar quruldu və milli maraqlarımızı qoruyan siyasət həyata keçirildi. Bu siyasətin qarşısında maneələr də az olmayıb. Prezident İlham Əliyevin qurultaydakı çıxışında bildirdiyi kimi: “Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir”.

Xalq-dövlət birliyi Azərbaycanın əsas güc mənbələrindən birinə çevrildi. Bunun ən aydın təzahürü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Ordumuz 44 gün ərzində ermənilərin illərlə möhkəmləndirdiyi müdafiə xətlərini yararaq şəhər və kəndləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən hadisələrdən oldu. Bu səbəbdən 8 Noyabr təkcə hərbi qələbənin tarixi deyil, uzun illər ərzində formalaşdırılan milli gücün nəticəsinin rəmzinə çevrildi.

2023-cü il sentyabrın 20-də Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə müstəqillik tarixinin ən mühüm mərhələlərindən biri başa çatdı. Buna görə 20 Sentyabr da 8 Noyabr qədər böyük tarixi məna daşıyır.

Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul edilir. Vaxtilə mövcud vəziyyətin dəyişməyəcəyini düşünən dairələr artıq fərqli siyasi reallıqla üzləşdilər. Bu dəyişimin mahiyyətini dövlət başçısı belə ifadə edib: “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər”.

Bugünkü Azərbaycanı düzgün qiymətləndirmək üçün ölkənin hansı şəraitdən başladığını da xatırlamaq lazımdır. 1990-cı illərin əvvəllərində idarəetmədəki qüsurlar  iqtisadi tənəzzül, müharibə və sosial böhran ölkəni ağır vəziyyətə salmışdı. Yüz minlərlə insan doğma yurdundan didərgin düşmüş, çadır şəhərciklərində, yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşmışdı. Bu humanitar fəlakətin ağırlığını Azərbaycan uzun illər öz üzərində daşıdı. Həmin dövrün ağır mənzərəsini Prezident İlham Əliyev belə ifadə edərək deyib: “Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu”.

Əslində, ölkəmizin bugünkü gücünün kökləri məhz həmin ağır illərdə qəbul edilmiş strateji qərarlara gedib çıxır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin möhkəmləndirilməsi, daxili sabitliyin təmin olunması və iqtisadi inkişaf üçün əsasların yaradılması ölkənin sonrakı yüksəlişinə yol açdı. Sonrakı mərhələdə bu siyasi xətt yeni dövrün tələblərinə uyğun davam etdirildi. Enerji layihələrindən əldə edilən imkanların ölkənin inkişafına yönəldilməsi, strateji valyuta ehtiyatlarının yaradılması, nəqliyyat və enerji infrastrukturlarının qurulması Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. İqtisadi müstəqillik isə siyasi qərarların sərbəst qəbul edilməsinin əsas dayaqlarından birinə çevrildi.

Bu yanaşmanın mühüm istiqamətlərindən biri hərbi gücün yaradılması idi. Azərbaycan  müdafiə qabiliyyətini artırdı, müasir silah və texnika aldı, eyni zamanda, yerli hərbi sənayeni inkişaf etdirdi. Prezident İlham Əliyevin qurultaydakı fikirləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər”.

İndi isə eyni prinsip azad edilmiş ərazilərin bərpasında özünü göstərir. Müharibənin başa çatmasından sonra Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq meydanına çevrilib. Şəhərlər və kəndlər yenidən salınır, yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar, enerji infrastrukturu yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Və bu proses Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. Lakin quruculuq yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Ölkəmizin hər bölgəsində genişmiqyaslı işlərin aparılması müharibədən çıxmış dövlət üçün mühüm göstəricidir. Azərbaycan bir tərəfdən dağıdılmış əraziləri yenidən qurur, digər tərəfdən ölkənin ümumi inkişaf tempini qoruyur.

Bütün bunların fonunda milli maraqlara söykənən müstəqil xarici siyasət ölkəmizin əsas prinsiplərindən biri kimi önə çıxır. Dövlətimizin başçısının “Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin” fikri də bu xəttin mahiyyətini ifadə edir. Söhbət dünyadan təcrid olunmaqdan deyil, bərabərhüquqlu əməkdaşlıqdan, qarşılıqlı hörmətdən və ölkənin taleyi ilə bağlı qərarların yalnız Azərbaycan xalqının iradəsi əsasında qəbul edilməsindən gedir.

Məhz buna görə Azərbaycanın son onilliklərdə keçdiyi yol ağır vəziyyətdə olan bir dövlətin öz iqtisadi, siyasi və hərbi imkanlarını tədricən artıraraq taleyini özü müəyyənləşdirə biləcək gücə çevrilməsinin tarixidir. Qələbənin də, suverenliyin də, Böyük Qayıdışın da arxasında eyni prinsip dayanır: öz gücünə arxalanmaq.

Prezident İlham Əliyevin “...Biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik” sözləri bu tarixi yolun siyasi və mənəvi təcəssümüdür. Azərbaycan keçmişin ən ağır sınaqlarından başqasının onun əvəzinə qərar verməsini gözləməklə deyil, öz imkanlarını səfərbər etməklə çıxdı.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

19:23
07 Oktyabr

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:13
07 Oktyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

19:07
07 Oktyabr

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb  

19:01
07 Oktyabr

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

18:32
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

18:11
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

17:39
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

16:46
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!