16 Noyabr 2026 17:03
934
İQTİSADİYYAT
A- A+
Ötən həftənin iqtisadi icmalı  

Ötən həftənin iqtisadi icmalı  


Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri


Ötən həftə ölkənin iqtisadi həyatında bir sıra mühüm hadisələr və yeniliklər baş verib. Beynəlxalq əməkdaşlıq, enerji sektoru, investisiyalar və maliyyə bazarları ilə bağlı diqqətçəkən xəbərlər iqtisadi gündəmin əsas mövzularını təşkil edib. 

Həftənin ilk günündə Azərbaycanla Çin arasında enerji sektorunda əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. SOCAR və Çinin “Sinopec” şirkəti strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Şanxayda imzalanan sənəd satınalma və təchizat zəncirinin idarə olunması sahələrində tərəfdaşlığın genişləndirilməsini, təchizatçı resursları barədə məlumat mübadiləsini və qarşılıqlı satınalma imkanlarının araşdırılmasını nəzərdə tutur. Razılaşma çərçivəsində tərəflər qabaqcıl təcrübələrin bölüşdürülməsi, məhsul və avadanlıqların qarşılıqlı təchizat zəncirlərinə daxil edilməsi imkanlarını da nəzərdən keçiriblər. 

***

Enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm razılaşma əldə olunub. COP31 çərçivəsində Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənəd dörd ölkə arasında “yaşıl enerji” dəhlizinin inkişafını, elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Layihə Azərbaycanın bərpaolunan enerji potensialından istifadə etməklə elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.

***

Ötən həftənin ən diqqətçəkən hadisəsi  Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının Liderlər Sammiti olub. Noyabrın 11-də Antalyada COP31çərçivəsində təşkil olunan sammitdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.

Sammitdə qlobal iqlim dəyişiklikləri ilə mübarizə, emissiyaların azaldılması və dayanıqlı enerji keçidi məsələləri müzakirə olunub. Görüş beynəlxalq iqlim gündəliyində ölkələrin əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

***

İqlim gündəliyi ilə yanaşı Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri də ötən həftə dövlət başçısının iştirak etdiyi beynəlxalq tədbirlərin əsas mövzularından olub. Enerji və iqtisadi əməkdaşlıq məsələləri noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında müzakirəyə çıxarılıb. Prezident İlham Əliyev “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak edib. 

Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunaraq bildirib ki, Avropa İttifaqına qaz ixracı 2022-ci ildən bəri 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılıb. Azərbaycanın qaz təchizatını artırmaq planlarının olduğunu vurğulayan Prezident enerji infrastrukturunun genişləndirilməsinin vacibliyini də qeyd edib.

***

Həftənin mühüm hadisələrindən biri 2027-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi olub. Noyabrın 13-də layihə birinci oxunuşda təqdim edilib və plenar iclasa tövsiyə olunub.

Sənədə əsasən, gələn il Azərbaycanın ÜDM-nin 141 milyard manat, dövlət büdcəsinin gəlirlərinin isə 39,3 milyard manat olacağı proqnozlaşdırılır. Neftin orta illik qiyməti 65 dollar, inflyasiya 5,3 faiz, iqtisadi artım isə 2,7 faiz səviyyəsində nəzərdə tutulub. Orta müddətli dövrdə neftdənkənar sahədə 4,4 faizlik artım gözlənilir.

***

Rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsindəki yeniliklər də ötən həftənin gündəmində yer alıb. Noyabrın 13-də Bakıda İkinci Süni İntellekt Sammiti keçirilib. Dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və texnologiya şirkətlərini bir araya gətirən tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi, yeni texnoloji həllər və Azərbaycanın rəqəmsal inkişaf perspektivləri müzakirə olunub. Sammit çərçivəsində təqdimatlar, panel müzakirələri və praktiki nümayişlər təşkil edilib.

***

Ötən həftənin ən qürurverici hadisəsi Azərbaycan gəmiçilik tarixində yeni bir səhifənin açılması idi. Müstəqil Azərbaycan bayrağı altında üzən ilk tanker - “Xankəndi” Avstraliya sularına daxil olaraq tarixə düşüb. Bruneydən yola çıxan tanker 18 günlük səfərin ardından Avstraliyanın Gilonq limanına çatıb. Burada yükünü təhlükəsiz şəkildə boşaldan gəmi ekoloji və texniki təhlükəsizlik yoxlamalarından uğurla keçib.

 2024-cü ildə ASCO və SOCAR-ın birgə müəssisəsi tərəfindən alınan gəminin bu səfəri Azərbaycanın beynəlxalq dəniz nəqliyyatında coğrafiyasının genişlənməsi baxımından diqqət çəkir.

***

Həftə ərzində dünya əmtəə birjalarında qiymət dəyişiklikləri də müşahidə olunub. Neft bazarında “Brent” markalı xam neftin bir bareli 2 sent bahalaşaraq 95,84 dollara, “Light” markalı neft isə 18 sent ucuzlaşaraq 88,56 dollara satılıb.

Qiymətli metallar bazarında isə qızılın bir troya unsiyasının qiyməti 1 dollar artaraq 3886,3 dollara yüksəlib. 


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!