22 Noyabr 2026 10:34
611
CƏMİYYƏT
A- A+
Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə


Coğrafi məsafənin uzaqlığına baxmayaraq, ortaq tarixi yaddaş, qarşılıqlı hörmət və səmimi rəğbət üzərində qurulan dövlətlərarası münasibətlər zamanın sınağından uğurla çıxaraq sarsılmaz tərəfdaşlıq nümunəsinə çevrilir. Ötən əsrin ortalarından etibarən formalaşmağa başlayan Azərbaycan-Vyetnam dostluğu da məhz belə nadir və nümunəvi əməkdaşlıq modellərindən biridir. Xalqlarımızın bir-birinə olan mənəvi yaxınlığı, sarsılmaz siyasi iradə və beynəlxalq münasibətlərdəki ortaq yanaşmalar bu əlaqələri ardıcıl şəkildə inkişaf etdirərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Dövlət başçımızın Vyetnama səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də məhz bu  səfərin siyasi-diplomatik əhəmiyyətini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərin tarixi irsini, müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın prioritetlərini və gələcək perspektivlərini əhatə edən mühüm mesajlarla zəngindir. 

Milli Məclisin deputatı Kamran Bayramov “Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, iki ölkə arasındakı dostluğun tarixi təməlləri mühüm siyasi səfərlərlə qoyulub: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlar arasında dostluq bağlarının formalaşmasına əhəmiyyətli töhfə verib. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və onun təşəbbüsü ilə səfər proqramının genişləndirilməsi isə bu münasibətlərin inkişafında xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib və Azərbaycanın hələ sovet dövründən etibarən beynəlxalq münasibətlər sistemində fəal rol oynadığını təsdiqləyib. Müasir mərhələdə ikitərəfli əlaqələrin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri siyasi əsasları möhkəmləndirib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldərək qarşılıqlı münasibətlərə daha geniş siyasi, iqtisadi və institusional məzmun qazandırıb. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik, sənaye və digər sahələri əhatə edən danışıqlar tərəflərin əməkdaşlığa kompleks yanaşdığını göstərir. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında təcrübə mübadiləsi və siyasi məsləhətləşmələr tərəfdaşlığın institusional dayaqlarını gücləndirir.  Eyni zamanda, BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi beynəlxalq platformalarda sıx əməkdaşlıq qlobal məsələlərə dair ortaq dialoqun mühüm tərkib hissəsidir”.

Deputat diqqətə çatdırıb ki, iqtisadi-ticari və energetika sahələrində əməkdaşlıq münasibətlərin əsas hərəkətverici qüvvəsidir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi müsbət dinamikanın göstəricisi olsa da, mövcud sənaye, istehsal və ixrac potensialı bu rəqəmin daha da artırılmasına imkan verir. Tarixi və strateji əhəmiyyət daşıyan energetika sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətlərdə konkret layihələrin reallaşdırılmasına şərait yaradır. Bununla yanaşı, Azərbaycanın əlverişli investisiya mühiti və qeyri-neft sektorunun inkişafı Vyetnam biznes dairələrinin tikinti, infrastruktur və bərpa olunan enerji sahələrinə marağını artırıb. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə imzalanmış sənədlər bu marağın praktiki müstəviyə keçməsinin bariz nümunəsidir.

K.Bayramov vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi kimi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu tranzit daşımalarını ikitərəfli əməkdaşlığın perspektivli istiqamətinə çevirib: “2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədəki yüksək dinamikanı təsdiqləyir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi həm regional bağlantıları gücləndirir, həm də Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatı ilə Cənubi Qafqaz arasında qarşılıqlı tamamlayıcı iqtisadi dəyər yaradır”. 

Deputat bildirib ki, Azərbaycan-Vyetnam əlaqələrinin mühüm sütunlarından biri də xalqlar arasındakı dərin mənəvi yaxınlıq və humanitar əməkdaşlıqdır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ilə formalaşan ənənə bu gün universitetlərarası əməkdaşlıq, akademik mübadilə və təhsil qrantları ilə davam etdirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu tarixi ehtiramın simvolik ifadəsidir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı və Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar bağları daha da möhkəmləndirib. Mədəniyyət sahəsində isə kökləri Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”na və Əjdər İbrahimovun 1959-1962-ci illərdə Vyetnamın milli kino sənətinin inkişafına verdiyi töhfələrə söykənən əlaqələr müasir dövrdə Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri və vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri ilə zənginləşir. Xalqlar arasında həmrəylik çətin sınaq dövrlərində də özünü göstərib: Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi qarşılıqlı etimadın və humanist dəyərlərin təzahürüdür.

K.Bayramov əlavə edib ki, bütün bu amillər, eləcə də qarşıdakı yüksəksəviyyəli səfərin siyasi-diplomatik əhəmiyyəti tarixi dostluq ənənələrinin müasir strateji tərəfdaşlıq gündəliyi ilə uzlaşdırılmasına, yeni iqtisadi imkanların müəyyənləşdirilməsinə və birgə layihələrin təşviqinə geniş yol açır: “Mövcud inkişaf dinamikası və siyasi dialoqun yüksək səviyyəsi Azərbaycan-Vyetnam əlaqələrinin gələcəkdə daha böyük nəticələr verəcəyinə, hər iki xalqın rifahına və beynəlxalq münasibətlərdə konstruktiv əməkdaşlığa töhfə verəcəyinə möhkəm zəmin yaradır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!