21 Noyabr 2026 08:35
630
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır


Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Vyetnam arasında münasibətlər dərin tarixi köklərə, qarşılıqlı hörmətə və dostluq ənənələrinə əsaslanır. Bu münasibətlərin 65 ildən artıq tarixə malik olması ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəm təməl üzərində formalaşdığını göstərir. Dövlət başçısının səfəri isə mövcud əlaqələrin yeni məzmunla zənginləşdirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında dedi ki, strateji tərəfdaşlıq münasibətlərinin formalaşması üçün iki ölkə arasında imzalanan sənəd ilk növbədə iqtisadi əlaqələrin daha geniş müstəvidə inkişaf etdirilməsi üçün əlverişli siyasi və hüquqi zəmin yaradır. Bu, yalnız mövcud əməkdaşlığın davam etdirilməsini deyil, həm də yeni iqtisadi layihələrin, investisiya təşəbbüslərinin və uzunmüddətli biznes tərəfdaşlığının reallaşdırılmasını stimullaşdıracaq.

A.Badamov vurğuladı ki, Azərbaycan-Vyetnam iqtisadi əlaqələrində enerji sektoru xüsusi yer tutur: "Bu əməkdaşlığın kifayət qədər zəngin tarixi var. Hələ sovet dövründə Azərbaycanın neft mütəxəssisləri Vyetnamın neft-qaz sənayesinin inkişafında iştirak edərək öz bilik və təcrübələrini bölüşüblər. Bu gün həmin ənənə müasir iqtisadi münasibətlər çərçivəsində yeni məzmun qazanır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın "PetroVietnam" şirkəti arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün qarşılıqlı faydalı imkanlar yaradır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində neft-qaz sahəsində geoloji tədqiqatların aparılması, yeni yataqların işlənməsi və digər istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Burada Azərbaycanın üstünlüyü yalnız enerji resursları ilə məhdudlaşmır. Ölkəmiz uzun illər ərzində formalaşmış neft-qaz infrastrukturu, mühəndislik təcrübəsi, texnoloji imkanları və beynəlxalq enerji bazarlarında qazandığı mövqeyi ilə Vyetnam üçün mühüm tərəfdaş ola bilər. Eyni zamanda Vyetnam bazarının imkanları Azərbaycan şirkətləri üçün Asiya regionunda fəaliyyət coğrafiyasını genişləndirmək baxımından əhəmiyyətlidir".

Deputat bildirdi ki, bərpaolunan enerji sahəsində də ciddi perspektivlər mövcuddur. Bakıda keçirilmiş beynəlxalq investisiya forumu çərçivəsində Vyetnamın "ROX Group" şirkəti ilə əldə olunan razılaşmalar günəş və külək enerjisi sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Bu, Azərbaycanın "yaşıl enerji" strategiyası ilə Vyetnamın enerji sektorunun inkişaf prioritetlərinin uzlaşdırılması baxımından mühüm addımdır. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın digər mühüm istiqaməti ticarət əlaqələridir. Mövcud göstəricilər iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən səviyyəyə çatdığını göstərsə də, bu rəqəmlər tərəfdaşlığımızın real potensialını tam əks etdirmir. Ticarət dövriyyəsinin 2024-cü ildə 200 milyon dollar, 2025-ci ildə isə 150 milyon dollardan artıq olması müsbət göstəricidir. Bununla belə, iqtisadi münasibətlərin genişləndirilməsi üçün daha böyük imkanlar mövcuddur.

Deputat vurğuladı ki, Azərbaycanın mühüm tranzit ölkə kimi mövqeyi Vyetnamın Avropa bazarlarına çıxışı baxımından əlverişli imkanlar yaradır. Xüsusilə Orta dəhliz bu istiqamətdə mühüm nəqliyyat marşrutu kimi çıxış edə bilər. Bu ilin ilk doqquz ayında Orta dəhliz vasitəsilə 8 min tondan çox Vyetnam mənşəli yükün daşınması bu istiqamətdə əməkdaşlığın artıq praktik müstəviyə keçdiyini göstərir. Bu göstəricinin gələcəkdə daha da yüksəldilməsi üçün logistika xidmətlərinin optimallaşdırılması, daşımaların artan sürəti və səmərəliliyi, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal nəqliyyat imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya bazarlarına çıxışı üçün də mühüm tərəfdaş ola bilər. Beləliklə, əməkdaşlıq birtərəfli iqtisadi maraqlara deyil, qarşılıqlı ticarət imkanlarının genişləndirilməsinə və hər iki ölkənin regional bazarlarda mövqelərinin gücləndirilməsinə xidmət edə bilər.

Deputat qeyd etdi ki, Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafında iqtisadi əməkdaşlıq aparıcı istiqamətlərdən birinə çevriləcək. Enerji, sənaye, investisiya, "yaşıl iqtisadiyyat" və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Bütün bunlar onu deməyə əsas verir ki, tarixi dostluq üzərində qurulmuş Azərbaycan-Vyetnam münasibətləri bu gün yeni iqtisadi məzmun qazanır. Qarşılıqlı etimad, siyasi iradə və iqtisadi maraqların uzlaşdırılması sayəsində ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər mövcuddur.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!