28 Fevral 2026 09:30
2415
Oxucu məktubları
A- A+
Otaq bitkiləri həm sağlamlıqdır, həm də estetik gözəllik

Otaq bitkiləri həm sağlamlıqdır, həm də estetik gözəllik


Ev şəraitində bitki saxlamaq həm sağlamlıqdır, həm də psixoloji baxımdan bir çox müsbət təsirlərə malikdir. Təbiətlə ünsiyyət insanın daxili dünyasını sakitləşdirdiyi kimi, ev bitkiləri də təbiətin bir parçası olaraq gündəlik həyatımıza rahatlıq gətirir.  Alimlərin araşdırmalarına görə, otaq bitkiləri havanı təmizləyir, oksigen səviyyəsini artırır, rütubəti tənzimləyir və stresin azalmasına kömək edir. Xüsusilə şəhər mühitində yaşayan insanlar üçün evdə bitki saxlamaq təbii nəfəs mənbəyi rolunu oynayır. Bunlardan əlavə, bitkilərə qulluq prosesi insanın məsuliyyət hissini artırır, gündəlik qayğılarını unudaraq diqqətini başqa bir canlıya yönəltməsinə şərait yaradır. Sulama, torpağın dəyişdirilməsi, yarpaqların təmizlənməsi kimi sadə işlər həm fiziki aktivliyi artırır, həm də insanın beynini sakitləşdirir. Psixoloqların fikrincə, bitkilərə qulluq edən insanlarda depressiya və narahatlıq halları daha az müşahidə olunur. Bitkiyə baxmaq, onun inkişafını izləmək və böyüdüyünü görmək insanda sevinc və məmnunluq hissi yaradır. Təcrübə göstərir ki, bitkilərə sevgi ilə yanaşanda, onlara xüsusi qayğı göstərəndə daha yaxşı inkişaf edirlər. Bitkilərə qulluğu həyat tərzinə çevirmiş insanlar yetişdirib bəslədiyi bitkilərlə söhbətləşir, onları uşaq kimi əzizləyir və bundan xüsusi zövq alırlar.   

Evdə havanı daha çox oksigenlə zənginləşdirən bitkilər arasında aloe vera, xlorofitum (hörümçək bitkisi), sansevieriya (ilan bitkisi), areka xurması, bambuk palma və fikus növləri xüsusilə seçilir. NASA-nın apardığı araşdırmalara əsasən, bu bitkilər yalnız oksigen istehsal etmir, həm də havadakı zərərli toksinləri (formaldehid, benzen, ammonyak və s.) udaraq təmiz mühit yaradır. Aloe vera gecə də oksigen istehsal etdiyi üçün yataq otağı üçün ideal hesab olunur. Sansevieriya isə istənilən şəraitdə asanlıqla böyüyə bilir və havanı effektiv şəkildə təmizləyir. 

Hər bir bitkinin özünəməxsus xüsusiyyəti olduğu kimi, qulluqetmə qaydası da var. Elə bitkilər var ki, sərin yerə qoymaq və onların sulanma rejiminə diqqət etmək lazımdır. Bəzi otaq bitkiləri gec, bəziləri isə əksinə, intensiv su verilməsini tələb edir. Xüsusən qış aylarında otaq bitkilərinə yer seçərkən diqqətli olmaq, qızdırıcı panellərə yaxın yerləşdirməmək, amma işıq almasına, soyuqla təmasda olmamasını nəzarətdə saxlamaq lazımdır. Tez-tez iqlim dəyişikliyinə məruz qalmaları da bitkilərin inkişafına zərər yetirə bilir.

Xarici ölkələrdə ev və ofis interyerlərində bitkilərin istifadəsi daha geniş yayılıb. Skandinaviya ölkələrində "biofilik dizayn" adlanan yanaşma ilə evlər və iş yerləri çoxlu yaşıl bitkilərlə bəzədilir. Bu üsul işçilərin məhsuldarlığını artırır, stres səviyyəsini azaldır və yaradıcılığı stimullaşdırır. Yaponiya və Koreyada isə "fitonsid terapiyası" deyilən üsul tətbiq olunur - bitkilərin yaydığı təbii efir yağları sinir sistemini sakitləşdirir, immuniteti gücləndirir. Bundan başqa, Avropa ölkələrində vertikal bağlar, yəni divar boyu yaşıl kompozisiyalar xüsusi populyarlıq qazanıb. Bu dekorativ yanaşma həm vizual gözəllik, həm də sağlamlıq baxımından üstünlük təşkil edir. 

Hətta otaq bitkiləri ilə bağlı müəyyən inanclar da mövcuddur. Son vaxtlar mənfi enerjiyə qarşı həssas olduğu deyilən krasula - pul ağacı kimi tanıdığımız bitkiyə evlərdə üstünlük verilir və onun ruzi bolluğu yaradacağına inanırlar. Kaktusları radiasiyanı süngər kimi çəkdiyinə inanaraq kompüterlərin yanında yerləşdirənlər də var.

Ən gözəl dekorativ görünüşə malik ev bitkiləri arasında monstera, orkide, anturium, kaktus və sukulentlər, həmçinin zəncəfilçiçəyi və bromeliya kimi ekzotik növlər seçilir. Monstera iri yarpaqları ilə interyerə tropik hava qatır, orkide zərif çiçəkləri ilə zövq oxşayır, anturium isə həm parlaq yarpaqları, həm də çiçəkləri ilə evə təravət gətirir. Bütün bunlar deməyə əsas verir ki, dekorativ bitkilərin seçimi insanın estetik zövqünə təsir edir və evdə xoş əhvali-ruhiyyə yaradır.

Beləliklə, evdə bitki saxlamaq sadəcə dekorativ məqsəd daşımır, həm də fiziki sağlamlıq və psixoloji rahatlıq üçün böyük əhəmiyyət kəsb edir. Xarici ölkələrdə tətbiq olunan yaşıl dizayn üsulları isə göstərir ki, bitkilər yalnız evlərimizdə deyil, iş mühitində də əvəzsiz fayda mənbəyidir. Gözəl görünüşlü dekorativ bitkilər həm sağlamlıq, həm də estetik baxımdan həyat keyfiyyətini artırır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi haqqında

01:16
20 İyun

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında

01:14
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli, "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2016-cı il 20 aprel tarixli 877 nömrəli və "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"nin təsdiq edilməsi haqqında" 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

01:12
20 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:09
20 İyun

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

01:08
20 İyun

Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq

22:55
19 İyun

Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları aşkarlandı – FHN qüvvələri əraziyə cəlb olunub VİDEO  

21:05
19 İyun

Rusiya Xarici İşlər Nazirliyi Körfəz ölkələrinə səfər məhdudiyyətlərini aradan qaldırıb  

20:57
19 İyun

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

20:41
19 İyun

Kanadalı ekspert: Azərbaycan qlobal nəqliyyat marşrutlarının arxitekturasında mühüm yer tutur  

20:36
19 İyun

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

20:36
19 İyun

Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir  

20:32
19 İyun

Milli Məclisdə 14 məsələ müzakirə olunub

20:26
19 İyun

Dünyada hər il 200 milyondan çox miqrant işçi öz evinə pul göndərir

19:26
19 İyun

Malayziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb  

19:24
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!